Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qəbul etmirik, boş sözdür: bu qədər bəsit... – Mənsimov
Tarix: 26-04-2021 | Saat: 23:21
Bölmə:Bütün xəbərlər / M / Karusel / Dünya / Məşhurların Taleyi | çapa göndər

ABŞ Prezidenti Cozef Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanatın heç bir tarixi əsası yoxdur.

Bu sözləri Palmali Şirkətlər Qrupunun rəhbəri, tanınmış azərbaycanlı iş adamı Mübariz Mənsimov sosial şəbəkə hesabında qeyd edib.
O bildirib ki, Türkiyə tarixi ilə üzləşməkdən heç bir zaman yayınmayıb və hər zaman tarixçilərə müraciət edərək arxivlərin açılmasını tələb edib:
“Buraxın, tarixçilər bunu araşdırsın” deməsi və 3-cü ölkələrə arxivlərini açması da buna sübutdur. Amma ermənilər heç bir zaman bununla razılaşmayıb. Ermənilər və onları əllərində alət edən böyük dövlətlər 24 aprel tarixini siyasi məqsədləri və Türkiyəyə qarşı şantaj üçün istifadə ediblər. Haylar hər il bu tarixdə diqqəti öz üzərlərinə çəkə biliblər. Və nəhayət, “soyqırım” sözünü Baydendən də eşitdirdilər. Dincəldilər”.
M.Mənsimov qeyd edib ki, ermənilər qulaqlarını açıb eşitsinlər: biz Xocalını unutmamışıq və heç vaxt unutdurmayacayıq:
“1992-ci ildə Xocalıda törədilmiş vəhşiliyi, vandallığı, soyqırım cinayətini məhz onlar törətdilər. Bu qədər sübutlar, şəkillər, videolar, canlı şahidlər var. Faktları erməni faşist rəhbərləri özləri də etiraf edir, amma dünya onu soyqırım kimi qəbul etmir! Dünya erməni vəhşilərinin Xocalıda törətdiyi soyqırıma susur. Bayden isə erməni yalanına susa bilməzdi, çünki seçicilərinə söz vermişdi. Və sözünü tutdu. Biz də ABŞ prezidentinin “soyqırım” sözünü qəbul etmirik. Sözdü də. Bu qədər bəsit”.


Xəbəri paylaş

4018 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___