Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ermənistana əməli təsir və təzyiq göstərilməlidir - Nazir
Tarix: 17-03-2021 | Saat: 14:21
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Dünya / Qarabağdan xəbər var | çapa göndər



Üçtərəfli bəyanat bütün hərbi əməliyyatların dayandırılması deməkdir. Həmin sənəddə bu açıq formada öz əksini tapıb.
 "Xeberaz.Az"xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov martın 17-də Bakıda Slovakiyanın xarici və Avropa işləri naziri İvan Korçokla birgə keçirdiyi mətbuat konfransında deyib.
"Belə olan təqdirdə hərbi əməliyyatların bilavasitə və ya dolayısı ilə tərkib hissəsi hesab oluna bilən bütün addımlara son qoyulmalıdır. Mən bir faktı qeyd etmək istərdim ki, Ermənistan işğal edilmiş əraziləri 30 il ərzində kütləvi şəkildə minalayaraq həmin əraziləri cansız məkana çevirib. Amma Ermənistan noyabrın 10-dan sonra, hətta günü bu gün də mina xəritələrini Azərbaycana verməkdən imtina edir. Bu, uzun illər ərzində bu ərazilərdə davam edən hərbi cinayətdir.
Hesab edirik ki, bu istiqamətdə dünya dövlətləri və beynəlxalq təşkilatlar səssiz qalmamalıdırlar. Ermənistana konstruktiv mövqe tutmaq baxımından əməli təsir və təzyiqlər edilməlidir", - nazir vurğulayıb.



Xəbəri paylaş

6658 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___