Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Turab Quliyev 1990-cı ildə aprelin 10-da Hacıqabul rayonu Xiləmirzə kəndində anadan olmuşdur
Tarix: 04-02-2021 | Saat: 09:55
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Hadisə / Dünya / Qarabağdan xəbər var | çapa göndər

Turab Quliyev 1990-cı ildə  aprelin 10-da Hacıqabul rayonu Xiləmirzə kəndində anadan olmuşdur.2008-ci ildə  Faiq Kərimov adına Xiləmirzə kənd orta məktəbini bitirdikdən sonra Quba rayonunda Daxili Qoşunlarının  ``N`` saylı hərbi  hissəsin də həqiqi hərbi xidmətdə olub.Həmçinin,Xüsusi Təyinatlı dəstə də xidmət edib.Daha sonra Turab Quliyev Bakının Müşfiq qəsəbəsində xeyli müddətdən artıq hərbi  xidmətə davam edib, hər zaman hərbi qulluqçu kimi komandirinin  əmr və tapşırıqlarını vicdanla yerinə yetirib.O, kəşfiyyat işini çox yaxşı bilirdi. Aprel döyüşlərindən sonra yaradılmış əks həmlələrə qarşı kəşfiyyat taborunda 2017-ci ildən 2020-ci ilə qədər baş çavuş rütbəsində xidmət etmişdir.Turab Quliyev Vətən Müharibəsi başlayan gündən - sentyabrın 27-dən aktiv döyüşlərə qoşulub, torpaqlarımızın işğaldan azad edilməsində böyük şücaət göstərib.Cəbrayıl fatehlərindən olan Turabla yanaşı onun qardaşı Fətəli Quliyev də Vətən Müharibəsində iştirak edib. Fətəli qardaşının qəhrəmanlığından, keçdiyi şərəfli döyüş yolundan danışıb. O, baş çavuş kimi xidməti dövründə nailiyyətləri ilə fərqlənib. “Türkiyə də xüsusi təyinatlıların təlimlərinə yazılmışdı, lakin xidmət müddəti bitdikdən sonra müqaviləsini artırmadı, ona görə getmək qismət olmadı. Rayona gəldi, 1-2 il başqa işlərlə məşğul oldu. Lakin hərbidən uzaq qala bilmirdi, özü deyirdi ki, yenidən hərbiyə qayıtmaq istəyir. Aprel döyüşlərindən sonra həmlə taboru yaradılmışdı, ora getdi. Biz nə qədər dedik ki, Daxili Qoşunlarda öz işinə qayıt. Deyirdi ki, “İstər Daxili Qoşunlarda olum, istərsə də burada. Mənim torpağımı məndən başqa kimsə gedib xilas etməyəcək”. 
Turab Quliyev vətənə, torpağına, millətinə bağlı bir oğul idi.Sanki Mübariz İbrahimov məktəbinin davamçılarından idi.Bunuda qeyd edim ki, Turaba şəhid olmuş ulu babasının adı verilib. O, bu adla hər zaman fəxr edib.Babası II dünya müharibəsində şəhid olmuşdur.O illərdə də Azərbaycan qələbə çalıb.
Turab deyirmiş ki ,"Mən də şəhid olacam və Azərbaycan qələbə çalacaq" Hətta, Turab döyüşə getməmişdən qabaq anasına  demişdi ki,"Ana,mən  şəhid olacam və sən ,şəhid anası olacaqsan". Orada olan əsgər yoldaşları deyir ki,Turab ölümün gözunə kişi kimi baxdı ac, susuz döyüşdü. Görəndəki ,dostu yaralanıb onu xilas etmək üçün ,güllənin önünə atıldı. Dostu yaşayır və  deyir ki, "Mənim Turaba can borcum qalıb. Şəhid olan qardaşlarımın üzündən bilinirdi ki,99 faiz şəhid olacaqlar çünki, onların vətənə ,torpağa sevgiləri tamam başqa cür idi. Şəhid olmaq hər insana nəsib olmur.Şəhidlik zirvəsinə heç kim layiqincə ucalmır.Turab Quliyev də elə qardaşlarımdan idi"
Turab Quliyev ilə birlikdə döyüşdə iştirak edən Gizir Ayaz Eyyubov deyir ki:
"Turab Quliyev döyüşlərdə qəhrəmancasına vuruşub.Döyüşə gedərkən,Turab Quliyev gözləmədə idi.Lakin eşitdi ki,6 nəfəri mühasirəyə salıblar.  Onların içində dostları da var.Turab komandirindən xahiş edərək bizim yanımıza gəldi.Bu döyüşə 704-ün əsgəri və mənimlə birlikdə Turab Quliyev ermənilərin postuna daxil olmağa çalışırdıq.Neytralda ac,susuz qaldıq.Səhər saat 8 olardı.Erməni postuna daxil olduq.
Posta yaxınlaşarkən Turab Quliyev içəriyə 2 qumbara atır.Bununla,xeyli sayda ermənilər qırılır. Bundan əlavə isə öz silahı ilə xeyli sayda erməni məhv edir. Ermənilər təşvışə düşürlər.Elə bilirlər ki,Azərbaycan ordusu posta  daxil olub.  Qaçmağa başlayırlar.Sonradan görürlər ki,3 nəfərdirlər.Ermənilər çox olduğundan onları güllə atəşinə tutduq.Turab Quliyev sağ tərəfdən biz sol tərəfdən.Onlar tərəfə pulemyot atdıq.Onlarda cavabsız qalmırdılar.Nəticə də,bizimlə olan 704 ün əsgəri şəhid olur.Həmin əsgəri oradan götürmək üçün ermənilərtərəfə Turab atəşlər atırdı ,çoxlu sayda pulemyotlar atdıq.  Turab şəhid olan əsgəri oradan götürmək istəyəndə,qolundan yaralanır. Bu döyüşdə Turab Quliyev qolundan,mən isə belimdən yaralandım
Sonra döyuşə başladıqda, Turab Quliyev qolu yaralı olduğu üçün sağ qolu ilə silahı tuta bilməyəcəyini dedi. Mən Turaba burdan getməsini dedim.Amma Turab  məni tək qoymadı,özu yaralı olmasına baxmayaraq məni qorumağa davam edirdi.Düşmənlə təkbətək döyüşməyə davam etdi.Pulemyotların yaratdığı toz-duman nəticəsində,bir-birimizi itirdik.
Turab neytral ərazidən yaralı halda keçib biz tərəfə keçəndə erməni snayperinin gülləsinə tuş gəldi.Güllə boğaz nahiyəsindən dəyir və qəhrəmancasina şəhid olur.Turab Quliyev Vətənini 
 
qorumaq üçün əlindən gələni əsirgəmədi".                              
Evin böyük oğlu olan Turab ailəli idi. Özündən sonra İnci adlı iki yaşlı qızı yadigar qalıb. Şəhidimizin yaxın vaxtlarda oğul övladı dünyaya gələcək. Qardaşı dünyaya gələcək körpəyə Turabın adını qoymaq istədiklərini deyib. Turab 2008-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyində "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunub. Fəxri fərmanları var. Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub”. "Kişi şəhid olar" deyib döyüşə yollanan Turab arzusuna Cəbrayılda çatdı. O, son damla qanına kimi qəhrəmancasına vuruşaraq, torpaqlarımızın düşmən tapdağından azad edilməsinə nail oldu. Bu gün onun ruhu şaddır ki, uğrunda şəhid olduğu tor
paqlarda üçrəngli şanlı Azərbaycan bayrağı dalğalanır.
                                                                       
                                                             
 
                                                                 


Xəbəri paylaş

6958 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___