Naxçıvan-İğdır qaz kəmərinin reallaşdırılması üçün - Qərar
Tarix: 06-01-2021 | Saat: 14:37
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Dünya / Qarabağdan xəbər var | çapa göndər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvan-İğdır qaz boru kəməri layihəsinin həyata keçirilməsi üçün lazımi tədbirlərin görülməsi barədə qərar verib.
"Xeberaz.Az" xəbər verir ki, bu barədə qərar Türkiyənin “Rəsmi Qəzeti”ndə dərc edilib.
Xatırladaq ki, dekabrın 15-də Ankarada Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi arasında Naxçıvan Muxtar Respublikasına təbii qazın tədarükünə dair Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycan tərəfindən energetika naziri Pərviz Şahbazov, Türkiyə tərəfdən isə energetika və təbii sərvətlər naziri Fatih Dönməz imzalayıb.
Qeyd edək ki, Anlaşma Memorandumuna əsasən, bu sənəd Naxçıvanın təbii qazla təminatı üçün strateji əhəmiyyət daşıyır. Hər iki ölkənin şirkətlərinin – Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və BOTAŞ-ın təbii qazın tədarükü ilə bağlı texniki, ticari, inzibati, hüquqi və digər məsələlərdə əməkdaşlığına təminat verir. Türkiyədən Naxçıvana qaz tədarükü qaz təchizatını şaxələndirəcək və enerji təminatının etibarlılığını artıracaq. Naxçıvan həm İrandan, həm də Türkiyədən dəstək almaqla artan enerji tələbatını tam təmin edə biləcək.
İğdır-Naxçıvan qaz kəməri 500 min nəfər əhalisi və illik 500 milyon kubmetr təbii qaz tələbatı ilə Naxçıvana qaz nəql ediləcək. Boru kəmərinin İğdırdan Naxçıvana - Sədərək rayonuna qədər olan hissəsi 85 kilometr təşkil edəcək. Bu boru kəməri ilə illik 500 milyon, gündəlik olaraq isə 1,5 milyon kubmetr qaz nəql etmək həcminə malik olacaq ki, bununla da Naxçıvanın qaz tələbatı tamamilə ödəniləcək.
Xəbəri paylaş
4938 dəfə oxunub.
Digər xəbərlər

8-03-2016, 14:21
Yel çərşənbəsini necə qarşılamalıyıq?
25-10-2015, 19:09
“Biznesə mane olanlar Azərbaycana xəyanət edirlər” - İlham Əliyev
23-03-2016, 16:08
Rus helikopterini vuran əsgərlər tutuldular
19-08-2017, 16:18
Bakıda məktəbli yarmarkaları açılır
13-08-2016, 22:51
Zakir Həsənov Beynəlxalq Ordu Oyunlarının bağlanışında
28-06-2017, 18:06
Azərbaycandan xaricə turlar bahalaşdı
2-09-2015, 23:48
Dəhşət: İŞİD üzvləri bu vasitə ilə seksual manyak və qaniçən caniyə çevrilir (Fotolar)
24-12-2015, 15:48
Klublar Komitəsinin yeni sərdi bəlli oldu
18-08-2016, 17:37
Rusiyadan Rövşən Lənkəranskinin ölümü ilə bağlı ilginc versiya
29-12-2020, 02:23
"Əli Həsənov dedi ki, ermənilər səndən şikayət edir...“