Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İlham Əliyev bir qrup şəhidin anasına Azərbaycan vətəndaşlığı verdi
Tarix: 30-12-2020 | Saat: 12:08
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Təbriklər | çapa göndər

İlham Əliyev bir qrup şəhidin anasına Azərbaycan vətəndaşlığı verdi
Azərbaycan vətəndaşlığını qəbul etmək istəyini bildirən bir neçə şəhid anasının müraciətlərinə müsbət yanaşılıb və Azərbaycan Prezidentinin 29 dekabr 2020-ci il tarixli müvafiq sərəncamı ilə onların hər biri Azərbaycan təndaşlığına qəbul edilib.
"Xeberaz.Az" xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb.

Qeyd olunub ki, 2020-ci il 14 iyul Tovuz döyüşlərində şəhid olan və Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli sərəncamı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş Mirzəyev İlqar Anzor oğlunun anası - Mirzəyeva Gülnar Abdulla qızı, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş və Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilmiş Əliyev Romir Rəşadət oğlunun anası - Əliyeva Miroslava Petru qızı və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş Məmmədov Rafiq Sahibulla oğlunun anası- Rotar Ana Andreyevna vətəndaşlıq alıblar.


Xəbəri paylaş

5398 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___