Qorxmaz Hüseynov da Ramiz Mehdiyevin yolu ilə gedir – “Azərsu” şefinin şadlıq sarayında toy görüntüləri...
Tarix: 15-12-2020 | Saat: 14:00
Bölmə:Bütün xəbərlər / M / Karusel / İqtisadiyyat / Gündəm / Hadisə / Araşdırma | çapa göndər
Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Ramiz Mehdiyevin taleyini yaşaya bilər.
Blogger Ata Abdullayev Abşeron rayonu ərazisində fəaliyyət göstərən “Şamlıq” restoranında çəkiliş aparıb. Videodan görünür ki, restoranda toy mərasimi təşkil olunub.
Ata Abdullayev çəkiliş apararkən bir neçə dəfə restoranın Qorxmaz Hüseynova məxsus olduğunu bildirib.
Videonun sosial şəbəkələrdə və internet mediada tirajlanmasına baxmayaraq hələ ki, “Azərsu” ASC-dən heç bir reaksiya verilməyib.
Fakt təsdiqini tapacağı təqdirdə Qorxmaz Hüseynovun karyerasına son qoyula bilər. Amma bəzi məlumatlara görə, restoranın “Azərsu” rəhbərinə aidiyyəti yoxdur. Bu iddialar o qədər də inandırıcı görünmür. Hər halda toy mərasimi başlamamış bundan xəbər tutan və dərhal ora gələrək çəkiliş aparmaqla yanaşı Abşeron Rayon Polis Şöbəsinə məlumat verən Ata Abdullayev kifayət qədər hazırlıqlı görünür. Aydın şəkildə sezilir ki, o, həm restoran, həm də toy mərasimini təşkil edənlər barədə detallı şəkildə məlumatlandırılıb.
“Azərsu”nun da susması məsələnin bu və ya digər formada Qorxmaz Hüseynova aidiyyatı olmasına şübhələri artırır.
Karantin müddətində belə bir addım atmağın cəzası ağır ola bilər. Ortada Ramiz Mehdiyev nümunəsi var. AMEA prezidenti siyasi postunu elmi təsisata dəyişsə də, hələ də kifayət qədər güclü fiqur hesab edilir. Amma buna baxmayaraq, karantin müddətində kürəkəni, keçmiş deputat İlham Əliyev qızına toy etdiyi üçün inzibati qaydada həbs olundu. Onunla birgə qudası Rövşən Mustafayev də inzibati təcridxananı “ziyarət” etməli oldu. Ramiz Mehdiyev isə prosesə nəinki mane ola bilmədi, hətta özünə qarşı ittihamları belə, neytrallaşdıra bilmədi. Təxminən 1 ay media bu məsələdən yazdı, deputatlar, ayrı-ayrı ictimai-siyasi fiqurlar bu barədə danışdı. Əsas hədəfdə isə təbii ki, Ramiz Mehdiyevin özü idi.
Qorxmaz Hüseynov Ramiz Mehdiyev qədər çəkili fiqur hesab edilmir. Bu baxımdan, restoranın “Azərsu” sədrinə məxsus olması barədə iddialar doğrudursa, onun Ramiz Mehdiyevdən də pis vəziyyətə düşəcəyi şübhəsizdir. (savash.org)
XalqXeber.Az
Xəbəri paylaş
5938 dəfə oxunub.
Digər xəbərlər

22-04-2017, 12:56
Koreyanı birləşdirmək üçün savaşa başlayırıq – Şok hədə
16-03-2021, 01:20
İlham Əliyev və xanımı Azıx mağarasında - Video
10-06-2017, 19:47
“Sədərək”də yanğın
8-03-2017, 22:05
Bu qan qrupu olan kişilərdə cinsi zəifliyinin riski azdır
14-07-2022, 13:29
Sumqayıtda dəhşətli hadisə: Kişini döyərək əşyalarını oğurladılar
24-07-2017, 12:04
Bakıda ərəb turist icarəyə götürdüyü lüks avtomobili bu vəziyyətdə qaytardı (VİDEO)
21-04-2016, 13:55
BMT-nin baş katibinin Cənubi Qafqaza səfəri təxirə salınıb
26-05-2023, 13:12
Telefonlar üçün bu tətbiq təhlükəlidir - Dövlət Xidmətindən xəbərdarlıq
30-03-2016, 10:55
Homoseksualizm və lesbiyankalıq nədən yaranır?
8-02-2019, 12:46
Xərçəngdən əziyyət çəkən altı yaşlı qız öldü