Ermənilər jurnalistlərə saxta iş təklifləri göndərir
Tarix: 03-10-2020 | Saat: 14:50
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Texnologiya / Həftə-Reytinq | çapa göndər
Azərbaycan ordusu tərəfindən döyüş meydanında ardıcıl olaraq məğlubiyyətə uğrayan Ermənistan informasiya müharibəsində də hər cür təxribata əl atmaqdadır.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, düşmən bu dəfə yerli media nümayəndələrini hədəf alıb.
Azərbaycandan olan bir qrup jurnalist və bloggerlərə Avropa ölkələrinin mobil operatorlarına məxsus nömrələrdən, “WhatsApp” üzərindən "iş təklifi" bəhanəsi ilə mesajlar daxil olub. Mesajların mətnində yüksək maaş qarşılığında jurnalistlərə cəbhəyanı bölgələrdə müxbir, reportyor "işləri" təklif olunur. Dırnaqarası iş təklifinin əsas mahiyyəti müharibə zonasından video və fotolar çəkilərək onlara göndərilməsidir.
Nazirliyin yanında Elektron Təhlükəsizlik Xidməti bildirir ki, göndərilən mesajlar təxribat xarakteri daşıyır. Qurum yerli media orqanlarının nümayəndələrini bu kimi hallarla qarşılaşdıqları zaman maksimum diqqətli olmağa, ermənilərin ölkəmizə qarşı çirkin niyyətlərinə nail olmasına imkan verməməyə çağırır.
Elektron Təhlükəsizlik Xidməti vətəndaşları üzləşdikləri istənilən kibertəhlükə və kiberinsidentlərlə bağlı qurumun rəsmi veb-resursu olan cert.az saytı, [email protected] email ünvanı, “1654” qaynar xətti və sosial şəbəkə hesablarına müraciət etməyə səsləyir.
Xəbəri paylaş
5618 dəfə oxunub.
Digər xəbərlər

26-04-2016, 14:54
Hər gün meyit gəlir: Bakı hücuma keçsə... – Erməni KİV
25-01-2016, 09:55
Bakıya gələn qatarı daşa basdılar - Yaralananlar var
14-08-2023, 11:23
Boşanacağı deyilən Nagehan və Fərid cütlüyündən FOTO
10-10-2021, 11:06
İran Azərbaycan ərazisinə girmişdi: 44 günlük savaşın daha bir sirri - TƏFƏRRÜATLAR
25-03-2016, 19:58
Sevda Yəhyayeva istirahətdə - FOTO
29-08-2017, 16:28
Vatan Şaşmazın dəfn mərasimi başladı - FOTO/VİDEO
14-06-2018, 19:07
Baş nazirliyə namizədin adı açıqlandı
23-08-2017, 10:50
Yeni doğulmuş uşağı küçəyə atdılar - BAKIDA