Şəkidə qanunsuz ağac kəsməyə görə cinayət işi başlanıldı
Tarix: 17-09-2020 | Saat: 10:22
Bölmə:Bütün xəbərlər / Karusel / İqtisadiyyat / Gündəm / Hadisə / Foto-fakt | çapa göndər
Ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması istiqamətində mühüm işlər görülür. Lakin bəzi hallarda ətraf mühitin mühafizəsi qaydalarının pozulması halları müşahidə olunur və prokurorluq orqanları tərəfindən belə hallara qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilir.
Bu barədə Şəki rayon prokurorluğundan məlumat verilib.
Belə ki, Şəki rayonu Baş Kəldək bələdiyyəsinin mülkiyyətinə aid, Aşağı Kəldək kəndinin ərazisində yerləşən ağacların köküstə qanunsuz kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olan material üzrə Şəki Rayon Prokurorluğunda araşdırma aparılıb.
Aparılan araşdırmalarla qeyd edilən kəndin ərazisində 27 ədəd qovaq və 1 ədəd qoz cinsli ağacların məhv edilməsi nəticəsində təbiətə 60 min manat məbləğində ziyanın dəyməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şəki Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 259.2.4-cü (qanunsuz ağac kəsmə, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanmaqla istintaqın aparılması Şəki Rayon Polis Şöbəsinin İstintaq Bölməsinə tapşırılıb.
Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları, ətraf mühitə vurulmuş maddi ziyanın məbləğinin müəyyən edilərək ödənilməsinin təmin edilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.
Xəbəri paylaş
5128 dəfə oxunub.
Digər xəbərlər

25-12-2016, 09:57
Prezident sosial evlər barədə: "Şərtlər çox güzəştlidir"
13-09-2020, 18:04
Ərdoğan Makronu sərt tənqid etdi - Fransa mediası
26-05-2021, 15:40
Heç vaxt gözlərinizi ovxalamayın! Ciddi göz problemlərinə səbəb olur
13-09-2015, 00:14
"Qarabağ" qalib gəldi, "Qəbələ" uduzdu
12-04-2015, 17:07
Əgər o da oynamaq istəyirsə, paltarımı verə bilərəm. Aşıq Ədalətə
12-02-2017, 10:33
Türkmənistan prezident seçir
23-03-2023, 13:18
Dilarə Əliyevanın halı pisləşdi: Təcili tibbi yardım briqadası gəldi
26-08-2016, 21:05
Bakıda universitet müəllimini zorladılar... - Sevgi məktubları açıqlandı
15-09-2016, 09:20
Anal cinsi əlaqənin ziyanı və xeyiri
21-10-2017, 11:43
Gürcüstanda seçki günüdür