Bu gündən Azərbaycanda bu məhdudiyyət aradan QALDIRILDI
Tarix: 15-09-2020 | Saat: 09:27
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Təhsil | çapa göndər
Bu gündən Azərbaycanda dövlət və özəl uşaq bağçaları fəaliyyətini bərpa edir.
"Xeberaz.Az" xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq 1 oktyabr 2020-ci il tarixindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə, 15 sentyabr 2020-ci il tarixindən isə yerdə qalan rayon və şəhərlərdə fəaliyyət göstərən dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə icazə verilib.
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda bağçaların bir qədər gec, 1 oktyabr 2020-ci il tarixindən açılmasının səbəbi əhalinin sayı və sıxlığının daha yüksək olmasıdır. Bu, həm də bağçalarda müvafiq hazırlıq işlərinin görülməsi, dezinfeksiya işlərinin aparılması üçün daha uzun müddətin tələb olunması ilə əlaqəlidir.
Eyni zamanda, bu müddətdə bağça tərbiyəçiləri və texniki işçilər bağçaların yeni qaydalarla açılması və idarə edilməsinə dair təlimatlandırılacaq, oyun, yataq və digər otaqlar xüsusi qaydalarla təşkil olunacaq.
Uşaq bağçalarının açılması zamanı müvafiq sanitar-gigiyenik qaydaların təmin edilməsi vacib şərtdir.
Xəbəri paylaş
7758 dəfə oxunub.
Digər xəbərlər

21-08-2022, 11:13
Kondisionerlərdən gələn təhlükə... Bilməniz vacibdir!
27-10-2016, 21:25
ÖLÜM saçan TURŞULAR VƏ MÜRƏBBƏLƏR
13-07-2022, 10:25
Bakıda fəhləni tikintidən itələyərək ölümünə səbəb olan şəxs həbs olunub
8-03-2021, 21:52
Terrorçubaşı Arayik Arutyunyan Qırmızı Bazara gəldi - FOTO
21-11-2016, 22:01
Azərbaycanlı satıcı ondan pulsuz şaurma tələb edən kişini öldürdü - FOTO
8-06-2016, 19:39
Qənirə Paşayeva iordaniyalı nazirlə görüşdü - Foto
21-12-2018, 15:53
Mübariz İbrahimovun şərəfinə medal təsis edildi-Foto
12-01-2016, 19:30
Məlahət Abbasova: "Röyanı elə bir adam tapşırıb ki, ona görə susmalıyam"
7-09-2016, 21:38
Şokolad xoşlayanlar üçün 7 XOŞ XƏBƏR
23-05-2016, 15:26
Bakıda şirkət direktoru özünü güllələdi