Latviyada yaşayan həmyerlimiz dünya çempionu adını qazanıb
Tarix: 01-09-2020 | Saat: 13:56
Bölmə:Bütün xəbərlər / Karusel / Gündəm / Dünya / İdman / M2 | çapa göndər
Avqustun 29-da Latviyanın paytaxtı Riqa şəhərində tay boksu üzrə Beynəlxalq Federasiyanın (WKN) LNK Fight Night 16 şousu çərçivəsində keçirdiyi dünya çempionatında həmyerlimiz Zaur Cavadov qalib gəlib.
"Xeberaz.Az"-ın xəbərinə görə, studio 69 klubunun arenasında baş tutan həlledici döyüşdə Azərbaycan əsilli Latviya kikboksçusu Zaur Cavadov Slovakiyanın WKN üzrə çempionu Sebastyan Fapso ilə qarşılaşıb. O, rəqibinin üzərində qələbə qazanaraq, dünya çempionu tituluna layiq görülüb. Bununla da Zaur döyüş siyahısına 39-cu qələbənin yazılmasına nail olub ki, bunların da 14-ü ardıcıl olaraq qazanılıb.
Qeyd edək ki, Zaur Nurbaba oğlu Cavadov 21 dekabr 1986-cı ildə Latviyanın Riqa şəhərində dünyaya gəlib. 4 yaşından idmanın karate növünə yönəldilib. 2005-ci ildən etibarən peşəkarcasına kikboksinqlə məşğul olaraq, dəfələrlə bu idman növünün WAKO K-1, WKA K-1 və digər versiyaları üzrə Latviya, Litva, Polşa və Avropa çempionu titullarını qazanıb. 2017-ci ildə "Arena Riqa”da “KOK World Grand Prix in Riga 2017” döyüş şousu zamanı Moldovadan olan rəqibi Sergey Morari ilə qarşılaşıb. Həmyerlimiz ona nokautla qalib gələrək, dünya çempionu titulunu əlindən alıb.
Xəbəri paylaş
1 4828 dəfə oxunub.
Digər xəbərlər

15-09-2019, 17:09
İrəvanın Bakıya Qarabağ təklifi: Qarşılığı nə olacaq? - Brayza
16-07-2020, 14:40
DİN-dən sosial şəbəkələrdə saxta yürüş xəbəri yayanlarla bağlı AÇIQLAMA
28-06-2018, 16:41
İkiayaqlı robota kələ-kötür ərazidə sürətlə yeriməyi öyrətdilər
5-02-2016, 22:39
Uşağın burnuna 10 santimetrlik şurup girib - VİDEO
13-05-2015, 10:31
UEFA Çempionlar Liqasında mövsümün ilk finalçısı bəlli olub.
27-02-2018, 12:37
Azərbaycan prezidenti Mingəçevirə səfər edib
8-12-2017, 13:07
Gəncədə 20 yaşlı oğlanı öldürdülər
23-03-2021, 01:37
ULDUZ TAXI (*5000) sürücüləri aldadır?
27-09-2019, 18:09
SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ASTARA RAYON ŞÖBƏSİNDƏN ŞOK FAKTLAR
11-11-2021, 11:29
Əri ilə şəklini sildi, soyadına qayıtdı