Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“İnsanları hədsiz məhdudiyyətlə qapamaq olmaz” - Fazil Mustafa
Tarix: 25-08-2020 | Saat: 11:21
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Həftə-Reytinq | çapa göndər

“İnsanları hədsiz məhdudiyyətlə qapamaq olmaz”- Fazil Mustafa 

“Rayonlara gediş-gəlişi bərpa etmək də vacibdir, yalnız insanlara nəzarət gücləndirilməildir. Qapalı məkanlarda sosial məsafə gözlənilməklə, gigiyenik normalara əməl etməklə, restoranların, kafelərin də açılmasına icazə verilməlidir. Çünki əhalinin iqtisadi cəhətdən yoxsullaşması, iş adamlarının müflis olması dövlətə daha böyük zərbə vurur. 
"Xeberaz.Az" xəbər verir ki, bu barədə millət vəkili Fazil Mustafa özünün “Facebook” hesabında yazıb. 
Onu sözlərinə əsasən, məsuliyyətli insanlar yenə də qorunacaqlar: “Məsuliyyətsiz insan onsuz da ”qaydalara əməl et" deyəndə narazı qalır. Ona görə biz daha çox məsuliyyətli insanların marağını təmin edərək addım atmalıyıq. Fikrimcə, bütün sahələrdə iş yerləri açılmalıdır. Məktəblərin də müvafiq qaydalarla açılmasını təmin etmək lazımdır. Onsuz da yoluxma riski yalnız özünü qorumaqdan asılı deyil. Müşahidələr də göstərdi ki, hətta çox sayda adamlar bir yerə yığışdığı zaman yoluxma sayı o qədər də artmadı".
Deputat futbol oyunlarının yenidən bərpa edilməsini təqdirəlayiq addım kimi qiymətləndirib: “Bütün idman yarışlarını bərpa etmək lazımdır. Məncə, artıq qaydalara riayət etməyi insanların öz üzərinə buraxmaq lazımdır. Əməl edənlər etsinlər, etməyənlər də özləri öz əziyyətlərini çəksinlər. Digər tərəfdən yas və toy mərasimlərini də tənzimləmək lazımdır. 30-40 nəfəri keçməmək şərti ilə toylar keçirilsin. Bir nəfərdən də artıq müğənni çağırılmasın. Yəni bir şənlik formasında keçirilsin. Yas mərasimlərini də eyni qaydada, 30 nəfərdən artıq insanın yığılmasına imkan verilməsin, eyni zamanda sosial məsafə gözlənilsin. İnsanları bu formada hədsiz məhdudiyyətlə qapamaq olmaz”.


Xəbəri paylaş

9098 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___