Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Sağlam düşüncəli vətəndaş kimi Azərbaycan polisi ilə həmrəy olaq"
Tarix: 08-06-2020 | Saat: 04:02
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Gənclərimiz | çapa göndər


İctimai xadim, Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin prezidenti Aqil Acalov günün aktual mövzusu olan pandemiya ilə mübarizə çərçivəsində qəbul olunmuş qərarlara vətəndaş mövqeyi barədə fikirlərində bildirmişdir: 
Yalnız ictimai asayişin bərqərar olduğu cəmiyyətdə inkişaf mümkündür. Sağlam vətəndaş cəmiyyətinin daim mövcudluğu, güclü Azərbaycan dövlətinin daim var olması üçün başlıca amil sabitlik və əmin-amanlıqdır. Sabit, güclü və işlək qanunların yaradılması cəmiyyətin müvafiq dövrlərdə müvafiq situasiyalara uyğun ehtiyaclarından irəli gəlir.
Günümüzdə ümumbəşəri bəla olan Covid-19 Pandemiyası ilə mübarizədə qəbul olunan qərarların, yoluxma və itki sayına görə müvafiq qadağaların və məhdudlaşdırılmaların mövcudluğu ilə bağlı nəzarət mexanizminin tətbiqi məsələsində üzərinə böyük məsuliyyət və yük düşən tərəflərdən biri də Azərbaycan polisidir.
Təəssüflə qeyd etmək istərdim ki, qadağaların sərtləşdirilməsi ilə bağlı polis nəzarətinin gücləndirilməsindən və ciddi nəzarətdən sonra son günlər sosial şəbəkələrdə bəzən Azərbaycan polisinə qarşı xoşagəlməz fikirlər də öz əksini tapır. Virusa yoluxmamaq üçün tətbiq olunan qaydalar zamanı bizim üzərimizə düşən məcbur olmadıqca evdən çıxmamaq, həftə sonu isə evlərimizdə ailələrimizlə birlikdə qalmaqdırsa, Azərbaycan polisi küçələrdə, müxtəlif ictimai iaşə obyektlərində qanunlara əməl olunmasının və bilavasitə bizim sağlamlığımızın keşiyində durur. Əgər bugün hər hansısa vətəndaş bütün Azərbaycan xalqının təhlükəsizliyi üçün verilmiş qərara əməl etmirsə, özü ilə bərabər digərlərini də təhlükəyə atırsa, yoluxma və itki sayının azaldılması naminə qəbul olunan qərarların əksinə gedirsə, bunun bərabərində qaydaları  pozması ilə bağlı xəbərdarlıq olunduğu halda belə buna məhəl qoymursa, bu halda Azərbaycan polisi ona qarşı adekvat tədbirlər görüb və görməkdədir. 
Cəmiyyətə hər şeydən əvvəl hüquq, qanun, hüquqlarını bilən və qanunun keşiyində duran insanlar lazımdır. Məlumdur ki, hər bir DİN nümayəndəsinin vəzifə öhdəliyi müvafiq olaraq ölkədə daxili sabitliyin davamlılığı və hüquq normalarına riayət olunmasının təmin edilməsi, cinayətkarlıqla mübarizə, milliyyətindən və dinindən asılı olmayaraq bütün vətəndaşların həyatının, əmlak və hüquqlarının qorunmasından  ibarətdir.
Elə isə biz də ümumi ictimai asayişin və təhlükəsizliyin təmin olunması üçün qəbul olunan qaydalara riayət edərək Azərbaycan polisinin işinə çətinlik törətməyək, pandemiya ilə birgə mübarizədə bir-birimizə dəstək olaq və bu bəladan birlikdə qurtulaq, qanunlarını bilən və onlara əməl edən sağlam düşüncəli vətəndaş kimi təhlükəsizliyimizin keşiyində duyan polisimizlə həmrəy olaq.


Xəbəri paylaş

6808 dəfə oxunub.

Digər xəbərlər
1-02-2018, 13:42 Sabah hava necə olacaq?

bütün xəbərlər
____ Instagram ___