Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Göyçayda biabırçı olay baş verib- ŞOK GƏLİŞMƏ
Tarix: 07-06-2020 | Saat: 14:18
Bölmə:Bütün xəbərlər / M / Karusel / İqtisadiyyat / Gündəm / Hadisə / Həftə-Reytinq | çapa göndər

Göyçayda biabırçı olay baş verib- ŞOK GƏLİŞMƏ
Dünən axşamçağı Göyçay rayonunda başqa bir biabırçılıq hadisəsi baş verir. Belə ki, adı çəkilən bu rayonun sakini Abdullayev Zamiq Cümşüd oğlunun redaksiyamıza çatdırdığı məlumata görə, o, dünən axşam saat 8:00 radələrində olmazın olayla üz-üzə qaldığından, son anda yaşanan problemin ictimailəşdirilməsinə qərar verir. Yəni, zərərçəkən şəxs redaksiyamıza çatdırdığı məlumatlarda qeyd edir: “Mən təqribən altı ay bundan öncə əslən Göyçay rayonundan olan, amma Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, “Yeni tikililər” adlanan ərazidə yaşayan Azər adlı şəxsdən 1998-ci il buraxılışlı, “Opel Vektra” markalı, 90-MT-916 dövlət nömrə nişanlı avtomobili 3500 AZN-ə almaq barədə razılığa gəldik və ilk iki ay ərzində həmin şəxsə üstüstə 1300 AZN pul verdim. Onu da qeyd edim ki, avtomobil olduqca yararsız vəziyyətdə idi və onu dayandığı yerdən evukator xidməti ilə usta yanına aparıb təmir etdirdim. Qeyd olunan avtomobilə görə Azər adlı şəxsə verəcəyim pulları növbəti aylarda ödəyəcəyimə vəd versəm də, çox keçmədi ki, dünyanı ağuşuna alan koronovirus (COVİD-19) pandemiyası bizim ölkəmizdə də həyatı iflic etdi və belə bir səbəb üzündən də, üzərimə götürdüyüm öhdəliyi, yəni ödəməli olduğum həmin ödənişi heç cür həyata keçirə bilmədim. Bundan əlavə, pandemiyanın varlığı dövründə şəxsi həyatımda düçar olduğum başqa bir problemin varlığı da, qeyd olunan ödənişi həyata keçirməyimə imkan vermədi. Diqqəti cəlb edən hal o oldu ki, bu ilin may ayının 18-i günü Göyçay rayonuna gələn Azər adlı şəxs ilk əvvəl mənimlə görüşüb söhbət etdi və o, ölkəmizdəki ümumi vəziyyətin necəliyinə, şəxsi həyatımda düçar olduğum problemin varlığına məhəl qoymadan DİN-nin 102 xidmətinə zəng etdi. Belə bir telefon zəngindən sonra ərazi üzrə sahə müvəkkil məni polis şöbəsinə dəvət edib yazılı izahatımıı aldı. Həmin vaxt yazdığım izahatda qeyd etdim ki, mən qalan pulu hissə-hissə ödəyəcəyəm və bundan da imtna etmirəm. Diqqəti bir məqama da yönəldim ki, dünən günorta saatlarında Yevlax şəhərində olarkən yaxın tanışım və həmkar yoldaşım olan Teymur Rüstəmov adlı şəxs, doğma əmimoğlu Abdullayev Seymur Əvəz oğluna olan borcuna görə mənə 7800 AZN pul verdi və adı çəkilən bu şəxsə çatdırmağımı da xahiş etdi. Axşam saatlarında Göyçayda oldum və doğma qardaşım Natiq Abdullayevin icarəyə götürüb işlətdiyi kafeyə getdim. Elə ki, kafedə bir qədər oturub yemək yedim, çox keçmədi ki, əmimoğlu Seymur Abdullayev də həmin kafeyə gəldi. Az sonra kafedən bayıra çıxıb “Opel Vektra” markalı, 90-MT-916 dövlət nömrə nişanlı avtomobildən 7800 AZN pulu götürüb ona vermək istədikdə hər ikimiz şahidi olduq ki, avtomobil yoxdur. Dərhal yaşanan olayla bağlı Göyçay RPŞ-ə müraciət etsəm də, şöbədə məndən heç bir izahat almadılar və polis əməkdaşları “biz bu yöndə heç bir axtarış tətbiq edə bilmərik” dedilər.
Onu da bildirim ki, ötən altı ay ərzində idarə etdiyim və qardaşım Natiq Abdullayevin icarəyə götürüb işlətdiyi kafenin həyətində avtomobili saxlayarkən, avtomobilin salonunda mənə məxsus ümümvətəndaş pasportum, şəxsiyyət vəsiqəm, hesab kartım və digər zəruri səndələrim var idi. Fakt budur ki, hal-hazırda həmin avtomobilin yerini müəyyən edə bilmirəm və Göyçayın polis əməkdaşları da, bu yöndə heç bir axtarış tədbirlərini həyata keçirmirlər. Ona görə də, belə bir problemin ictimailəşdirilməsinə qərar verdim ki, aidiyyəti dövlət qurumları, ələlxüsus Azərbaycan Respublikasının Daxili İşlər naziri, çox hörmətli Vilayət Eyvazov problemin varlığını diqqətdə saxlayacaq və “Opel Vektra” markalı, 90-MT-916 dövlət nömrə nişanlı avtomobilin yerinin müəyyən olunması yöndə, tabeçiliyində olan vəzifə sahiblərinə müvafiq tapşırığını da verəcək”.
Mövzunu diqqətdə saxlayacağıq.
XeberlerDepartamenti.com Regionxebertv.com a istinaden xeber verir
Göyçayda biabırçı olay baş verib- ŞOK GƏLİŞMƏ
Göyçayda biabırçı olay baş verib- ŞOK GƏLİŞMƏ
Göyçayda biabırçı olay baş verib- ŞOK GƏLİŞMƏ
Göyçayda biabırçı olay baş verib- ŞOK GƏLİŞMƏ



Xəbəri paylaş

7808 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___