Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Metamfetamin" (Şüşə) nədir? Bu haqda danışdı-Raqif Allahverdiyev
Tarix: 07-06-2020 | Saat: 13:00
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Səhiyyə / Aktual | çapa göndər

                         
   Yaponiyalı bir kimyagərin ixtira etdiyi "Metamfetamin" maddəsi dünyada ən sürətlə yayılan, daha çox zərərli və son dərəcə təhlükəli bir narkotik vasitədir. "Metamfetamin"-in küçə adları met, şüşə, kristal, buz, billur olaraq bilinməkdədir. Ən çox istifadə olunan adı isə met və şüşədir.
"Metamfetamin"-dən ilk dəfə İkinci Dünya Müharibəsində əsgərlərin oyaq qala bilməsi üçün istifadə edilmişdir. Müharibə bitdikdən və illər keçdikdən sonra "metamfetamin"-in insanlarda asılılıq yaratdığı aşkar olundu və 1970 ci ildən etibarən nəzarət olunan maddələr sıyahısına əlavə olundu. 
"Metamfetamin" sintetik bir maddədir
Metamfetamin asan hazırlanması və qısa müddətdə asılılıq yaratması ilə bir çox ciddi problemlərin yaranmasına səbəb olur.
"Metamfetamin" beyinin funksiyasını pozmaqla depressiyaya yol açır. Heroindən, kokaindən daha çox asılılıq yaradan bir maddədir. Eyni zamanda bu maddənin təsiri altında olan insanların ətrafdakılara aqresivliyi və riskli davranışlara meylliliyi artır.
                                     
"Metamfetamin" (şüşə) ani ölümlərə səbəb olur
Metamfetamindən istifadə ağciyər ödəminə, beyin qanamasına, ürək çatışmazlığı və ürək tütması ilə bağlı ani ölümlərə səbəb olur. İlkin istifadə nəticəsində yuxu pozğunluğu, mədə ağrıları, ağız quruluğu, dişlərin sızıldaması, bədəndə titrəmə müşahidə edilir. Həmçinin  bu növ maddədən mütəmadi istifadə edənlərin dişləri çürüməyə başlayır. .Eyni zamanda metamfetamindən asılı olan şəxslərdə dərilərinin altında böcək gəzməsi kimi halusunasiya halları tez-tez yaşanır.
Dünyanın ən təhlükəli narkotik vasitəsi olaraq qəbul edilməkdədir
Bu maddə ondan istifadə edənlərin fiziki və ruhsal güclərini ələ keçirən bir zəhərdir. Son illər dünyada heç bir sərhəd tanımadan "şüşə" istifadəçilərinin sayında sürətli artım müşahidə olunur. Bu vasitə ondan istifadə edənlərin həyatlarını alt-üst edir. Bu narkotik vasitə öz mənfi təzahürləri ilə tək istifadəçilərinin yox, onunla paralel ailə üzvlərinin də yaşamını təhlükə ilə üz-üzə qoyur.
                 
"Metamfetamin" beyində funksional dəyişikliklərə səbəb olur.
"Metamfetamin" istifadəçinin ilk öncə beyininə təsir edir, xəyallar görməyə başlayır, qeybdən səslər duyur və getdikcə özünə nəzarəti itirməyə başlayır. İstifadə sonrası maddə beyində funksional dəyişikliklərə səbəb olur.
Uzun müddət metamfetamindən (şüşə) istifadə edənlərin beyinlərində dopamin hüceyrələri zərər görür və zamanla dopaminin səviyyəsi azalması nəticəsində ciddi hərəkət pozğunluğu əmələ gəlir.
Nəticə etibarı ilə "metamfetamin" (şüşə)  ilk istifadədən sonra qısa bir müddətdə asılılıq yaradır və istifadə müddətində getdikcə daha çox dozada qəbul etmə ehtiyacına səbəb olur. Eyni zamanda bu maddədən asılı olanlar zamanla bütün həzz alma hissiyatını itirirlər. 




1 7908 dəfə oxunub.

Digər xəbərlər
16-09-2017, 13:52 Sabahın havası

bütün xəbərlər
____ Instagram ___