Mingəçevirdə silsilə oğurluq edən şəxs saxlanıldı
Tarix: 03-06-2020 | Saat: 11:41
Bölmə:Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / Foto-fakt | çapa göndər
Mingəçevir Şəhər Polis Şöbəsinə daxil olmuş müraciətlər əsasında polis əməkdaşları tərəfindən keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində ayrı-ayrı şəxslərə məxsus “VAZ-21011” və “VAZ- 2102” markalı avtomobilləri qaçırmaqda, bir avtomobildən noutbuk, təmir alətləri çantası və 6 nəfərə məxsus həyətyanı sahədən velosiped oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər də oğurluq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş Elmin Rüstəmov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, E.Rüstəmov oğurladığı velosipedlərin bir neçəsini satıb, noutbuk və bir neçə velosiped maddi sübut kimi götürülüb. Qaçırdığı avtomobillər isə yaşadığı evin yaxınlığında aşkar edilib.
Onun yaşadığı evə baxış keçirilən zaman narkotik vasitə olan heroin aşkar edilib.
Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində E.Rüstəmov barəsində cinayət işi başlanılıb, onun digər cinayət əməllərində iştirakının olub-olmaması araşdırılır.
Xəbəri paylaş
4358 dəfə oxunub.
Digər xəbərlər

3-11-2016, 21:58
Qırmızı meyvələrin inanılmaz faydaları
10-06-2016, 10:49
Azərbaycanın şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür.
28-04-2016, 21:58
Ceyranbatan anbarına su ötürən kanalın üzərindəki yol çöküb - Foto
28-10-2016, 17:34
Toyda qıza yaxınlaşmaq olmaz - Çeçenistanda qadağa
22-07-2016, 15:10
Çavuşoğlu: "Azərbaycan Fətullahçılara qarşı lazımi addımları atdı"
13-09-2023, 10:28
Azərbaycanda şok cinayət - kuryer ilə yazışan hamilə qadın əri tərəfindən bıçaqlandı - FOTO
7-02-2017, 21:04
“Bu il Azərbaycana 30 min ərəb turistin gələcəyi gözlənilir”
28-08-2016, 00:44
Azərbaycanlı jurnalist Gülənlə bağlı kitab yazdı - FOTO