Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Eldar Mahmudovun uşaqları Londonda 17 milyonluq əmlak alıb
Tarix: 31-05-2020 | Saat: 17:26
Bölmə:Bütün xəbərlər / M / Karusel / İqtisadiyyat / Gündəm / Dünya / Araşdırma | çapa göndər

Eldar Mahmudovun uşaqları Londonda 17 milyonluq əmlak alıb

Keçmiş MTN naziri Eldar Mahmudovun övladları tərəfindən Londonda bir sıra dəbdəbəli mülklərin alındığı ortaya çıxıb.
"Xeberaz.A" qafqazinfo-ya istinadən xəbər verir ki. “Guardian” qəzeti bu gün belə bir  araşdırma   aparıb. Bunlardan biri də Londonun məşhur “Harrods” mağazasının yaxınında yerləşən 17 milyon funt sterlinq dəyərində 4 mərtəbəli malikanədir.
“Cayman National Bank (Isle of Man) Ltd (CNBIOM)” şirkətindən 2019-cu ilin noyabr ayında ələ keçirilən və sonradan onlayn olaraq yayımlanan müştəri sənədlərinin keş fayllarına əsasən, Mahmudovun ailəsinin təxminən 100 milyon avroya yaxın bir biznes və əmlak imperatorluğu qurduğu məlum olub. Onun aktivlərinin demək olar ki, hamısı 36 yaşlı oğlu Anar və 31 yaşlı qızı Nərgiz Mahmudova ilə əlaqəli şirkətlər hesabına əldə edilib.
Anar və Nərgiz Mahmudovun vəkilləri ailənin sərvətinin 19-cu əsrdə milyoner olmuş Aslan Aşurovdan miras qaldığını bildirib.

Həmçinin övladların əmlaklarının hamısının lazımi qaydada qeydiyyata alınaraq hesablandıqlarını və Anar Mahmudovun öz işində uğurlu bir biznesmen olduğunu bildiriblər.
Qeyd olunub ki, sızdırılmış sənədlərdə Anarın sərvətinin xalası, Bakıda neft və tikinti şirkəti qurmuş Elmira Mahmudovadan əldə olunduğunu izah edən bir məktub da aşkarlanıb.
Eyni zamanda araşdırmada müəyyən edilib ki, Mahmudovlar Malyorka, Lüksemburq və Litvada da mülk və şirkətlərə sahibdirlər.


Xəbəri paylaş

7398 dəfə oxunub.

Digər xəbərlər
4-07-2015, 11:08 İdman kompleksi uçdu

bütün xəbərlər
____ Instagram ___