Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Çoxarvadlılıq “Quran”da yazılıbsa, o, şeyxə də aiddir" - Allahşükür Paşazadə
Tarix: 29-05-2020 | Saat: 09:58
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / İbadət | çapa göndər

"Çoxarvadlılıq “Quran”da yazılıbsa, o, şeyxə də aiddir"- Allahşükür Paşazadə
“Əminəm ki, xalqımız gec-tez axtardığı yolu tapacaq”.
"Xeberaz.Az" xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadənin “Sevdalılar” kitabına müsahibəsini Modern.az yayımılayıb. 
"Çoxarvadlılıq  Allahın “Quran”da buyurduğu qanundu. Şəriətdə dörd arvada qədər evlənmək olar. Amma çoxlu şərtləri var. Gərək  arvadların hamısına ədalətli olasan. Eyni cür sevəsən, mənəvi-maddi, şəhvani tələblərini bərabər ödəyəsən. İkincisi, şəriətə görə  birinci arvadın uşağı olmursa, ya keçici xəstəliyi varsa, kişi ondan icazəsiz ikinci arvad ala bilər. Əgər bu səbəblər yoxdusa, ikinci arvad almaq üçün mütləq birincinin icazəsi olmalıdı. Üçüncünü almaq üçünsə hər iki qadının icazəsi lazımdı. Dördüncü də elə. Hanı indi belə kişi? Şəriətə görə bəzi məqamlarda çoxarvadlılıq vacibdi. Müharibələr zamanı nəsil artımı üçün.  “Quran”da nə yazılıbsa, o, şeyxə də aiddir. Amma şeyxinizin bir arvadı var. İkincisinə, üçüncüsünə də ehtiyac duymuram.
 


Xəbəri paylaş

6218 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___