Sercio Mattarella İlham Əliyevi təbrik etdi
Tarix: 25-05-2020 | Saat: 14:57
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm | çapa göndər
İtaliya Respublikasının Prezidenti Sercio Mattarella Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Xeberaz.Az" xəbər verir ki, təbrikdə deyilir:
"Cənab Prezident.
Respublika Günü münasibətilə Sizi və dost Azərbaycan xalqını bütün İtaliya xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Çox gözəl xatırladığım son dövlət səfəriniz bizim ölkələrimizi birləşdirən dərin dostluq münasibətlərini bir daha təsdiq edərək məhsuldar və çoxtərəfli əməkdaşlığımıza yeni nəfəs vermək üçün bir fürsət oldu. Əlbəttə, bu əməkdaşlıq Sizin dövlət səfəriniz ərzində müzakirə edilən bir çox sahələr üzrə daha da genişlənərək ölkələrimiz üçün yeni nəticələr əldə olunmasına şərait yaradacaq.
Ürəkdən arzulayıram ki, Azərbaycan və Avropa İttifaqı arasında tezliklə yeni tərəfdaşlıq sazişi imzalansın, bu da bizim əlaqələrimizin möhkəmlənməsi üçün vacib bir amildir.
Eyni zamanda, səhiyyə sahəsində yaranmış fövqəladə vəziyyət zamanı Azərbaycanın İtaliyaya nümayiş etdirdiyi yaxınlığa və göstərdiyi dəstəyə görə də dərin minnətdarlığımı bildirmək istərdim. Bu bizim xalqlarımız arasında mövcud olan əlaqələrin intensivliyini və dərinliyini sübut edir.
Səmimi dostluq hissi ilə Sizə, xanımınıza və bütün azərbaycanlılara xoşbəxtlik və firavanlıq arzulayıram".
Xəbəri paylaş
5968 dəfə oxunub.
Digər xəbərlər

20-08-2015, 15:58
Düşmənlər hücuma keçib
15-04-2016, 11:50
Ukraynanın yeni baş naziri karyerasına çilingərlikdən başlayıb
18-05-2016, 10:41
İstintaq altında olan dələduza necə elmi ad verilib?
20-11-2017, 10:13
Gənc oğlan öldü-Bulvarda
13-03-2022, 13:29
29 yaşlı azərbaycanlı stilist öldürüldü
11-04-2018, 11:28
“Yuventus” “Real”a, “Sevilya” “Bavariya”ya qarşı
13-06-2016, 18:46
Ankara Bakıya yeni səfir təyin etdi
9-05-2020, 12:02
İtlə şəkil çəkdirmək istədi, üzünə 40 tikiş vuruldu - FOTOLAR