Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycana 43 kq-a yaxın narkotika gətirmək istədilər - FOTO
Tarix: 02-05-2020 | Saat: 10:39
Bölmə:Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / Foto-fakt | çapa göndər

Azərbaycana 43 kq-a yaxın narkotika gətirmək istədilər- FOTO

Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin etibarlı müha­fizəsi istiqa­mətində həyata keçirilmiş əməliyyat-axtarış və qoşun tədbirləri nəticəsində ölkə ərazisinə külli miqdarda narkotik vasitələrin qeyri-qanuni gətirilməsinin qarşısı alıb.
DSX-dan  "Xeberaz.Az"-a verilən məlumata görə, mayın 1-də “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Züngüləş kəndi yaxınlığındakı sərhəd zastavasının xid­­məti sahəsində işarəverici qurğudan dövlət sərhədinin pozulması barədə siqnal daxil olub. 
Sərhəd zastavası dərhal “silaha” komandası ilə qaldırılaraq həmin sahə istiqa­mə­tində hərəkət edərək İran İslam Respub­likasından Azərbaycan Respublikasına doğru və əks istiqamətində 1 nəfərə məxsus izlər aşkarlayıb.
Həmin ərazi dərhal qapadılaraq axtarış təd­birləri keçi­rilib, nəticədə 3 ədəd qara rəngli idman çantası içərisində ümumi çəkisi 42 kq 700 qram narkotik vasitə (9 kq “heroin”, 6 kq 700 qr “metamfetamin”, 4 kq 100 qr “marixuana”, 19 kq 300 qr “həşiş”, 1 kq 800 qr - “metadon M-40” həbi və 1 kq 800 qr “preqabalin”) aşkar olunaraq götürül­üb.
Narkotik vasitələrin sifarişçisinin müəyyənləşdirilməsi və cinayət məsuliy­yə­tinə cəlb edilməsi istiqamətində Dövlət Sərhəd Xidmətinin əmək­daşlarının keçirdiyi əməliyyat-axtarış tədbir­ləri nəticəsində 5 nəfər şübhəli şəxs qismində sax­lanılıb.
Saxlanılan şəxslərin Astara rayonunun Kijəbə qəsəbə sakinləri 1981-ci il təvəl­lüdlü Əhmədov Fərhad Vəliağa oğlu, 1989-cu il təvəllüdlü Teymurov Elməd­din Razim oğlu, 1984-cü il təvəllüdlü Fərzizadə Anar Nizaməli oğlu, 1995-ci il tə­vəl­lüdlü Abdullayev Nurlan Tofiq oğlu və 1974-cü il təvəllüdlü Babayev Dönməz Hətəm oğlu olması müəyyənləşdirilib.
Araşdırma zamanı saxlanılmış şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
  • Azərbaycana 43 kq-a yaxın narkotika gətirmək istədilər- FOTO


Xəbəri paylaş

5508 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___