Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
www.e-sosial.az portalı çökdü – YENİLƏNİB
Tarix: 07-04-2020 | Saat: 19:26
Bölmə:Bütün xəbərlər / M / Karusel / İqtisadiyyat / Gündəm / Texnologiya | çapa göndər



Rayon və şəhərlər üzrə işsiz şəxslərin qeydiyyata alınmaları üçün elektron qaydada müraciət günləri açıqlanıb.
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən  verilən məlumata görə, birdəfəlik ödəməni almaq hüququna baxılması üçün işsiz şəxslərin qeydiyyatı ilə bağlı müraciətlərin çoxluğunu nəzərə alaraq ölkənin şəhər və rayonları üzrə elektron qaydada müraciət günlərinin qrafikini təqdim edir.
 
İşsiz statusuna uyğun gələn şəxslər olduqları rayon (şəhər) üzrə həmin qrafikdə göstərilən günlərdə www.e-sosial.az portalı vasitəsilə elektron qaydada müraciətlərini edə bilərlər.
 
Qeyd edək ki, 12 aprel tarixindən etibarən bu məhdudiyyət aradan qaldırılacaq.
 
İnternetə əlçatanlığı olmayan vətəndaşlar isə olduqları rayon (şəhər) Məşğulluq Mərkəzlərinə işsiz kimi qeydiyyata alınmaqla bağlı xüsusi karantin rejimi dövründə istənilən gün telefonla müraciət edə bilərlər. Rayon (şəhər) Məşğulluq Mərkəzlərinin telefon nömrələrini bu linkə daxil olmaqla öyrənmək olar.
 
***
 
Nazirlər Kabinetinin yardım paketində 200 min işsizə 2 ay ərzində hər ay 190 manat ödənilməsi məqsədilə 70 milyon manat vəsait ayrılıb. 
 
Bu yardımı əldə etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onlayn imkan yaradıb. İşsiz vətəndaşlar ilk növbədə işsizlik statusunu rəsmiləşdirmək üçün www.e-sosial.az portalından istifadə etməklə, "e-xidmətlər" bölməsinə daxil olmalıdır. Məşğulluq Mərkəzlərində pandemiya ilə əlaqədar olaraq vətəndaş qəbulları dayandırılıb, bu müraciətlər qəbul olunmur.
 
Dünəndən etibarən,  xəbər verir  ki, müraciətlərin hədsiz çox olması saytın yüklənməsinə və hazırda işləməməsinə səbəb olub.
 
Xatırladaq ki, Nazirlik vətəndaşlara müraciət edərək yalnız əvvəldən göstərilən kriteriyalara uyğun gələn vətəndaşları müraciət etməyə çağırıb. Bildirilib ki, əks halda portal yüklənəcək və problemlər yaranacaq.
Paylaş


Xəbəri paylaş

1 0098 dəfə oxunub.

Digər xəbərlər
29-06-2015, 18:12 Ramil Usubovdan yeni qərar

bütün xəbərlər
____ Instagram ___