Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Kaş ki, dünyanın da anası olardı”
Tarix: 22-02-2020 | Saat: 11:20
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Müsahibə | çapa göndər

Allahın mələkləri Allaha belə bir sual verirlər
” Ya Allah, Siz qadını bu qədər üstünlüklərə yaratdığınız halda nə səbəbə bir dənə olsun qadından peyğəmbər olmasına izin vermədiniz?” Yaradan mələklərinə belə bir cavab verdi:-“Mən qadını dünyaya övlad gətirmək və tərbiyyə etmək kimi əvəzi ödənilməz bir vəzifə ilə gorəvləndirdim. İkinci bir ağır yükü onun çiyinlərinə yükləyə bilmərəm”.
Allah qatında qadına verilən dəyərin təzahürüdür ki, dünyanı heyrətə salan şəxsiyyətlər “ana” adı qarşısında diz çöküb, baş əyiblər. Üstəlik belə analar və qadinlar elm və hikmət sahibi olub, cəmiyyətə dəyərli övlad bəxş edə. Cəmiyyət demişkən yerinə düşər ki, cəmiyyətin ayrılmaz hissəsi olan fiziki qüsurlu insanları əsla unutmayaq. Onlarin fərqli məntiqli zəkasına həssaslıq yanaşa bilək. Artıq mətləbi bunca uzatmadan mövzumuzun qəhramanı barədə söz açmaq istəyirik. 
Bu gün ölkəmizdə və eləcə də dünyada geniş yayılmış autizm kimi xəstəliklər çox ailənin sevincinə kölgə salıb. Lakin elə ailələr var ki, xəstəliyə baş əyib, acizliyi qəbul etmir. Çıxış yolları axtarır. Haqqında bəhs etdiyimiz Aytən Eynalova o çıxış yollarını tapan və tapmaqla da qalmayıb, yüzlərlə ailəyə ümid çırağı yandıran fədakar ziyalı qadınlardandır.
Aytən Surxay qızı Eynalova 1978-ci ildə Bakı şəhərində dünyaya göz açıb. Doğulub böyüdüyü ailədə elmə, təhsilə, vətənpərvərliyə, millətə, xeyirxahlığa verilən dəyərlər onu mükəmməl bir insan olaraq formalaşdırb. Respublikada aldığı ali təhsilini davam etdirmək məqsədilə bir neçə il Türkiyədə yaşayıb və nüfuzlu universitetlərdə təhsil alır. Ölkəyə peşəkar pedaqoq olaraq dönən Aynur xanım ailə həyatı qurub, ana oldu. Lakin həyat gözlənilməz və arzuolunmaz sürprizlərlə gənc ananı sınağa çəkir. Yenilməyə adət etməyən Aynur xanım taleyin bəxş etdiyi möhnətə boyun əymir. Qüsurlu dünyaya gələn övladının görən gözü, düşünən beyni, vuran qəlbi olur. Məhz bu zərurətdən də 2013-cü il tarixində Bakı şəhərində “Birgə və Sağlam” İctimai Birliyini təhsis edir. Azərbaycanda autizm spektr pozğunluqları ilə üzləşən uşaqlar və onların ailələri üçün bir ümid qapısı olan mərkəz günü-gündən fəaliyyətini genişləndirir. 
Aynur Eynalova təhsis etdiyi “Birgə və Sağlam” İB-ni dünya standartları səviyyəsinə qaldırmaq üçün xaricdə təhsil alan mütəxəssisləri cəlb edir. Hal-hazırda mərkəzdə 100 dən çox uşaq təhsil alıb, cəmiyyətə inteqrasiya olunması üçün yetişdirilir. Aynur xanım əldə etdiyi elmi ilə kifayətlənməyi özünə yaraşdırmır. Fəaliyyət göstərdiyi proqram əsasında “Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqların Ailədə Məktəbə Hazırlıq İşinin Əsasları” mövzusunda yazdığı dissertasiya problemi olan ailələr üçün əvəzsiz yol göstəricisidir. 
Aynur xanıma mərkəzin yaradılmasının hansı zərurətdən doğduğunu soruşduqda belə söylədi. “Mən bir qadın, bir mütəxəssis, olmadan öncə bir anayam. Ana üçün övlad müqayisəsi olmayan sərvətidir. Oğlum Həmzəyə qoyulan autizm diaqnozu mənim Allah tərəfindən verilən sınağım olaraq qəbul etdirdi. Lakin sınaqdan alnıaçıq çıxmaq öz əlində idi. Bu məqsədlə mərkəzi yaratmaq və övladım kimi xəstəlikdən əziyyət çəkən ailələrə kömək etmək həyatımın qayəsinə döndü” 
Aynur xanımın həyatının qayəsi olan mərkəzin fəaliyyəti çox insanın həyatına güzgü öldü. Sönmüş ümidlərini göyərti. 
Yazımızın önündə Aynur xanımın vətənpərvər, millətini sevən bir ailədə doğulduğunu qeyd etmisdik. Bu təsadüfü söylənən bir fikir deyil. Aynur xanım mərkəzdə Qarabağ şəhidin ailəsinin övladını təmənnasız müalicə kurslarına daxil edib, cəmiyyətə qazandırmağa çalışan qeyrətli vətən övladıdır. “Qarabağ bizim qanayan yaramızdır. Biz ana kimi balanızın sevinci ilə sevinib, acısı ilə uzülürük. Qarabağ da vətənin dərdli övladıdır. Ona görə də Qarabağ şəhidlərinin ailələrinə, övladlarına qayğı göstərmək bizim borcumuzdur”. Aynur xanım üzərinə götürdüyü bu missiya ilə qazi övladı balaca Ayazın ailəsinə sonsuz sevinc bəxş etdi. 
Yazımızın önündə Allah-təalanın qadın üzərinə qoyduğu missiyanın nə qədər müqəddəs və çətin olduğunu qeyd etmisdik
Ümid edirik ki, Aynur Eynalova kimi fədakar ananı, ziyalı qadını, vəfalı övladı gördükdə belə bir xanımın böyük qəlbi, və tükənməz enerjisi qarşısında heyrətə düşməmək mümkün deyil. Əslində ona güc verən öz ayaqları üzərində durdurmağa çalışdığı övladına olan sonsuz sevgidir. O sevgi ki, yalnız öz övladına deyil, mərkəzə sığınan bütün uşaqlara yetir. 
Əslində Aynur xanımın fəaliyyəti haqqında qələmə aldıqlarımız haqqında söyləyə biləcəyimizin kiçik bir hissəsidir. Dünya anaların duası və çantası ilə abad məkan olur. Düşünürük ki, kaş dünyanın da Aynur xanım kimi bir “ana”sı olardı. O zaman nə dərd, nə də dərman olardı. 
Nəhayət məqaləmizin sonunda onun böyük və xeyirxah əməllərində hər zaman uğurlara imza atıb, seçilənlərdən olması diləyi ilə sizlərdən ayrılırıq.
Tərifə Şükürqızı


Xəbəri paylaş

7698 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___