Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
95 Saylı Tərtər Seçki dairəsindən Prokurorluğa Müraciət Etdilər…
Tarix: 19-02-2020 | Saat: 14:25
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Xəbəraz-ın debatı | çapa göndər

AZƏRBAYCAN RESPUBLİKASI TƏRTƏR RAYON PROKURORU
 CƏNAB ŞIXƏLİ ALMƏMMƏDOVA
 95 saylı Tərtər Seçki Dairəsindən 9 fevral 2020-ci il növbədənkənar parlament seçkilərində iştirakçılığı qeydə alınmış namizədlər:
1.Abdullayev Ayaz Rəsul oğlu
2.Hüseynov Ruxi Malik oğlu
3.Mahmudov Ziya Mehrac oğlu
4.Mehtiyeva Arzu Yusif qızı
5.Məmmədov Pənah Ağamalı oğlu
6.Məmmədov Şəhriyar Elxan oğlu
7.Qulami Tamilla Famil qızı
8.Quliyeva Könül Fərhad qızı
Şikayət Ərizəsi
(95 saylı Tərtər Seçki Dairəsi üzrə məntəqələrdə seçkini saxtalaşdıran şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsinə dair)
Hörmətli Şıxəli müəllim!
Biz qeydə alınmış namizədlər 09.02.2020-ci il tarixdə növbədənkənar parlament seçkilərində Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin seçkilərin şəffaf keçirilməsinə dair göstərişinə uyğun olaraq, seçkilərə həm müşahidəçilərimiz, həm də biz namizədlər tərəfindən müşahidələr apararaq,  aşkar etdik ki, 95 saylı Tərtər Seçki Dairəsini əhatə edən seçki məntəqələrində məntəqə sədrləri, kənd bələdiyyə sədrləri və kənd icra nümayəndələri tərəfindən seçkini saxtalaşdırmağa çalışaraq, ölkə başçısının göstərişinə əməl etməmişdirlər.
Belə ki, bütün məntəqələrdə, xüsusilə 1, 2, 4, 5, 11, 12, 13, 14, 17, 18, 19, 20, 24, 26, 29, 32, 38, 39, 40, 41 saylı məntəqələrdə məntəqə sədrlərinin təzyiqləri, bülletenlərin sayılmasında namizədlərə və müşahidəçilərə imkan verməyərək, çölə çıxarmağa çalışmaları, Seydimli kənd bələdiyyə sədri və kənd icra nümayəndəsi, Çaylı kənd icra nümayəndəsi, Buruc kənd icra nümayəndəsi, məntəqə sədrləri, həmçinin, məntəqə ətrafında olan müəllim və digər idarə işçiləri müvafiq göstərişlə ərazilərdə olmaqla  Alıyev Sahib Eyvaz oğluna səs verməyə təhrik etmələri, müşahidə etdiyimiz məntəqələrdə S.Alıyevin bülletenlərinin sayına  bizim bülletenlərin əlavə olunması kimi pozuntular müşahidə olunmuşdur.
Xüsusilə 19 saylı məntəqədə bülletenlərin hazır kəsilərək yığılması müşahidə ediləndə namizəd Şəhriyar Məmmədov tərəfindən pozuntu etdiklərini və iradını bildirdiyində ona qarşı çıxmışlar. Həmçinin, Ruxi Hüseynov Kəngərli kənd orta məktəbində məntəqə sədrinin bülletenlərin sayını azaldaraq, bülletenləri başqa bir otaqda gizlətməsini, daşınan qutu ilə seçicilərdən imza yığamağa gedərkən müşahidəçilərin aparılmamasını aşkar etmişdir. 20 saylı məntəqədə aşkar edilmiş şəffaf qutunun möhürü olmaması barədə dairəyə məlumat verilməsinə baxmayaraq, dairə heç bir tədbir görməyərək, göz yummuşdu. 4 saylı məntəqədə bülletenlərin sayılmadan sellofan torbalara yığılaraq, məntəqədən çıxarılan zaman iradlar bildirilsə də, pozuntuya  davam etməklə səs nəticələrini saxtalaşdırmışdır. Həmçinin namizəd Tamilla Qulami bir çox məntəqələrdə bülletenlərin gizlədilməsini hətta məntəqə sədrinin cibindən əvvəcədən yazılıb verilmiş səs sayları cədvəlini və  bu kimi başqa pozuntuları aşkar etməsinə baxmayaraq, digər namizədlər kimi Tamilla Qulamini məntəqədən uzaqlaşdırmağa çalışmışlar. (videomateriallar əlavə olunur)
Hörmətli Cənab Prokuror!
Əlavə olaraq qeyd edirik ki, dairə sədri Həmid Mehtiyevin namizədlər R.Hüseynovla Ş.Məmmədovdan yanvar ayında seçkinin nəticəsi barədə şikayətlərinin olmamasına dair ərizə alması və məntəqə sədrləri mütamadi olaraq, dairə sədri Həmid Mehtiyevlə telefon əlaqəsində olması, bülletenlərin sayılması zamanı işıqların keçirilərək, əlavə bülletenlərin atılması aşkar edilmişdir.
Qeyd edək ki, namizəd Tamilla Qulami hər məntəqəyə məşvərətçi səs hüquqlu komissiya üzvlərinin sənədlərini dəfələrlə 95 saylı Tərtər Seçki Dairəsinə təqdim etsə də, dairə nümayəndələri – sədr Mehtiyev Həmid Musa oğlu və katib Ələsgərova Çiçək Köçəri qızı dairədə olmadıqlarını qeyd etmiş, sənədləri təhvil verilməsi gərəkən tarixi bitənədək uzatmış və nəticədə sənədləri qəbul etməmişlər.
Bundan əlavə qeyd etmək istəyirik ki, 95 saylı Tərtər Seçki Dairəsində 38 məntəqə və 3 qapalı məntəqədə – hərbi hissələrdə təmin olunmuş məntəqələrdə seçki keçirilməli idi. Ancaq, yanvar ayında biz namizədlərin Hərbi Məntəqələrdə təbliğat və təşviqat kampaniyası ilə bağlı və məntəqələrdə müşahidələrin təmin olunması barəsində bizə icazə verilmədi. Sonradan bizlərə məlum oldu ki, Hərbi Məntəqələrdə YAP-nın müşahidəçisi və Sahib Alıyevin müşahidəçisi olub.
Hərbi məntəqələrdən ümumi olaraq, 2951 nəfər hərbi qulluqçu olan seçici kütləvi surətdə 1679 səslə Sahib Alıyevə, 869 səslə YAP-nın namizədi Eldar Əsədova səs veriblər, qalan səsləri isə bölüşdürməklə namizədlərin səs sayına əlavə ediblər. Hərbi məntəqədə bir kapitan rütbəli hərbi qulluqçu bülletenləri özü yazaraq, hərbi qulluqçulara paylayaraq, onları göstərilən qutulara atmaqlarını göstəriş vermişdir.
Hörmətli Cənab Prokuror!
Sadalanmaqla bitməyən pozuntuları nəzərə alıb Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 160, 161, 308 və 313-cü maddələri üzrə 95 saylı Tərtər Seçki Dairəsini əhatə edən məntəqələrdə qanunvericiliyin tələblərini pozan fiziki və vəzifəli şəxslər barəsində tədbir görməyinizi Sizdən xahiş edirik.
P,S Namizədlər əllərində olan video və audio materalları da prokurorluğa təqdim ediblər



1668 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___