Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Moskvada Məscidə Azərbaycanlıları buraxmırlar səbəb isə...
Tarix: 19-10-2019 | Saat: 13:22
Bölmə:Bütün xəbərlər / Karusel / Gündəm / M2 / İbadət | çapa göndər

Bütün dünya bizə baxır. Əgər biz bu gün öz məscidimizə bir müsəlman olaraq sahib çıxa bilmiriksə, bu, dinimizə biganəliyimizdən irəli gəlir.Artıq neçə müddətdir ki, sözü gedən məsciddə xoşa gəlməz hallar baş verir.
Fərqli bəhanələri dilə gətirib məsələnin həllinə heçkim can atmır.
Tarix boyu erməni saxtakarlıqları olub və indi də var. Buna sübut olaraq məscidin rəhbəri olan Rəşid Beyazidovu və özünü tatar millətindən biri olaraq təqdim edən, məscid rəhbərliyinin inam və etimadını qazanaraq orada işə başlayan
məscidin komendantı erməni əsilli Axatakyan Aleksandr Vazgenoviçdir.
Sual yaranır niyə məhz erməni?
Və niyə bunu bilən məscid rəhbərliyi bu addımı atıb?
Orada ibadət edən həmyerlilərimiz bildirir ki, məscid rəhbərliyi erməni komendantla yaxın dostdurlar. Bir sözlə erməni komendantla məsciddə hətta araq içdikləri vaxtlar var .
hal-hazırda həmyerlilərimiz məscidə ibadətə buraxılmırlar və insanlar öz ölülərinin cənazəsini yumaöa yer tapmırlar.
Bu iyrəncliyə bir dur demək lazımdır.
O məscidə bütün türk dünyasının müsəlmanları həmişə gəlib. İndi isə məscid get-gedə özəl obyektə çevrilir.
Məscid rəhbərinin bu özbaşınalığı
dövlətlər arası söz-söhbətə münaqişəyə gətirə bilər.
Sözü gedən məscid
Rusiya Federasiyasının paytaxtı Moskvanın Otradnıy rayonunda yerləşir
Məscid tatar mənşəli iş adamı Rəşid adlı sahibi tərəfindən bağlanıb.
Hazırda məscidin qarşısında buna etiraz edən azərbaycanlı mömünlərlə görüşə gəlməyən sahibi bağlamağına səbəb olaraq icarə haqqının onu qane etmədiyi ismarıcını göndərib.
Hazırda polis məscidin ətrafını nəzarətə götürüb, hər hansı qarşıdurmanın baş verməməsi üçün keşik çəkir.
Qeyd edək ki, “İnam” məscidi azərbaycanlı dindarların Moskvada toplaşdığı yeganə məsciddir.
Məsələ ondadır ki, bu məscidin bir zamanlar azərbaycanlılar tərəfindən, konkret olaraq Bakının keçmiş prokuroru Məmməd Quliyev və eks-prezident Ayaz Mütəllibovun təşəbbüsü ilə tikilib. Onlara bu işdə hər ikisinin ortaq dostu olan iş adamı Rəşid Bəyazidov yardım edib.
Bəyazidov məscid tikilməsi üçün ona məxsus olan torpaq sahəsini ayırıb.
Ancaq sonradan Bəyazidov məscidi öz adına və tamamilə öz nəzarətinə keçirib.
Bu ilin əvvəlində isə Bəyazidov məscidin qapısını bağlayaraq azərbaycanlıları ora buraxmayıb. Məscidin axundu Mahir Həziyev verdiyi açıqlamasında bildirib ki, məscidin hüquqi sənədlərinin tatar iş adamında olması, onun dediklərinin keçərli olmasına dəlalət edir
istədiyi qərarı qəbul etməsi üçün əsas verir, o isə azərbaycanlılara öz şərtlərini diktə edir.
M.Həziyev deyir ki, iş adamı hüquqi olaraq məscid üçün kirayə tələb edə bilmir,
amma bunun əvəzində kommunal xərclər adı ilə pul toplayır. Ötən dövrdə bu məbləğ 150 min rubl olub aylıq.
Ancaq daha sonra R.Bəyazidov məbləği bir qədər də artıraraq 250 min rubl tələb edib.
Təxminən 4 min dollardan bir qədər çox.
Axund deyir ki, məscidin icması bu məbləği hər ay toplayıb ödəməyə hazırdır, ancaq iş adamının hər dəfə böyüyən tələbləri icma üzvlərini qəzəbləndirir. Nəzirlərdən və ehsanlardan yığılan məbləğlə nəinki kommunal xərcləri ödəmək olar, hələ külli miqdarda artıq pullar qalır. Beləliklə də məscid rəhbərliyi və erməni komendant pulları mənimsəyir və dövlət vergisindən boyun qaçırırlar.
Məscidin ərazisində yerləşən Əzizov Mursakit Abdulla oğluna məxsus olan ticarət obyektlərinə və mallarına məscid rəhbərliyi tərəfindən əl qoyulub, məscidin ərazisinə daxil olmağa hədə-qorxu ilə icazə verilmir.
Bu səbəbdən də baş vermiş narazılıqlar nəticəsində problem yaranıb.
Və ən maraqlısı odur ki, o boyda məscidin taleyinə hələdə biganə yanaşırlar.
REJİSSOR UMİD AMİN
GOLD MEDİA GROUPUN RƏHBƏRİ Vüsalə Əlibəyli


Xəbəri paylaş

1 3958 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___