“Twitter” Putin və Rusiya hökumətinə aid profilləri susdurmağa başladı
Tarix: 06-04-2022 | Saat: 21:14
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Dünya / Texnologiya / Aktual | çapa göndər
Xəbəri paylaş
4308 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 06-04-2022 | Saat: 21:14
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Dünya / Texnologiya / Aktual | çapa göndər
"Twitter” Rusiya prezidenti Putin də daxil olmaqla 300-dən çox Rusiya hökumətinə aid profilə məhdudiyyət tətbiq edib.
Bu barədə Qaynarinfo BBC saytına istinadən xəbər verir.
Məhdudiyyət tətbiq edilən profillər bundan sonra əsas səhifədə və bildirişlərdə görünməyəcək. Bu o deməkdir ki, sosial medianın alqoritmi o profilləri önə çıxarmayacaq.
Şirkət bildirib ki, "Twitter” hərbi əməliyyatlara başlayaraq açıq internetə məhdudiyyət qoyan istənilən ölkəyə qarşı addımlar atacaq.
Qeyd edək ki, müharibə başlayandan bu yana "Twitter”in fəaliyyəti Rusiyada böyük ölçüdə əngəllənib.
Hazırda Rusiya prezidenti Putinin "Twitter”də rus və ingilis dilində iki profili var. Bu profillərdə onu müvafiq olaraq 3.6 və 1.7 milyon nəfər izləyir.
Hədəf seçilmiş Rusiya rəsmi hökumət profillərinə nazirlik və səfirlik profilləri, həmçinin yüksək rütbəli rus rəsmilərinin profilləri aiddir. Bundan əvvəl qeyd edilən profillər Ukrayna müharibəsi ilə bağlı dezinformasiya yaydığı üçün tənqid olunmuşdu.
Məsələn, mart ayının 10-da Rusiyanın İngiltərədəki səfirliyi "Twitter” profilində Maripulda doğum evinin bombalanmasının saxta olduğunu yazıb. İddia yanlış olduğu üçün "Twitter” həmin paylaşımı silib. Bundan əvvəl isə şirkət Rusiyaya məxsus "Russia today” və "Sputnik” xəbər saytlarına girişi məhdudlaşdırıb.
"Hərbi əməliyyatlara başlayan hökumətlər ölkədə onlayn xidmətlərə çatımlılığı bloklayaraq, digər tərəfdən həmin xidmətlərdən öz mövqelərini və baxış bucaqlarını təbliğ etmək üçün istifadə etməsi ziyanlı informasiya disbalansı yaradır", - şirkətin Güvənlik və Təhlükəsizlik bölməsinin direktoru Yoel Roth bildirib.
Xəbəri paylaş
Digər xəbərlər
3-11-2017, 09:42
Lotu Quliyə sui-qəsdin qarşısı alındı - Rövşən Lənkəranskinin qardaşı və adamları tutuldu-Foto
10-05-2016, 08:52
İran müstəqil Kürdüstanı qəbul etmədi
3-05-2015, 13:55
Maliyyə naziri manatdan danışdı
12-03-2015, 20:17
Günay Gürcüstandan qayıtdı
25-03-2015, 14:18
Mətanət uğursuz sevgisindən danışdı
13-10-2023, 13:59
Tərana həbsxanadan məktub göndərdi: "Qızlarımın ...."
20-05-2019, 21:55
Fuad Abbasovun Azərbaycana deportasiya ediləcəyi tarix AÇIQLANDI
10-05-2019, 10:41
Ramazan ayının 5-ci gününün DUASI
21-04-2022, 11:27
Güclü külək nə vaxt səngiyəcək?