Vilyam Hacıyev və ailə üzvlərinin 5 milyonluq əmlakına həbs qoyuldu - SİYAHI
Tarix: 06-04-2022 | Saat: 02:37
Bölmə:Bütün xəbərlər / Karusel / Siyasət / Gündəm / Hadisə / Aktual | çapa göndər
Xəbəri paylaş
6348 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 06-04-2022 | Saat: 02:37
Bölmə:Bütün xəbərlər / Karusel / Siyasət / Gündəm / Hadisə / Aktual | çapa göndər
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilmiş İmişli rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin və ailə üzvlərinin 5 milyon manatlıq əmlakları üzərinə həbs qoyulub.
APA həmin əmlakların siyahısını əldə edib. İstintaq orqanı tərəfindən həbs qoyulmuş sözügedən əmlakların siyahısını təqdim edirik:
Bakı şəhərində yerləşən mənzil;
Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 4 fərqli mənzil;
Sabunçu rayonu, Nardaran qəsəbəsində bağ evi;
Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyevin adına rəsmiləşdirilmiş "Rance Rover" markalı avtomobil və ailəsinə məxsus daha 3 avtomobil.
Xatırladaq ki, sabiq icra başçısının cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırma davam etdirilir. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.
Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə əmlakların dövlət müfinə müsadirə edilib-edilməməsinə qərar veriləcək.
Xəbəri paylaş
Digər xəbərlər
21-11-2015, 16:49
"Lotu Quli"yə ağır zərbə: Dəstəsi ələ keçdi
3-04-2017, 20:31
Peterburqda 3 günlük matəm elan olundu
12-11-2017, 13:59
Sürücülər üçün zəngli papaq yaradıldı - Yuxuya gedəndə...
20-01-2016, 15:54
Gömrük Komitəsindən bəzi KİV-lərə - XƏBƏRDARLIQ
11-12-2018, 17:08
Qaynanamla hər gün danışıram, ərimlə isə yox"-Zümrüd
20-10-2018, 11:14
İpoteka kreditlərini daha çox onlar götürür - AZƏRBAYCANDA
29-07-2016, 14:51
Evdə dəfnə yarpağını yandır, 10 dəqiqə sonra nələr baş verəcəyinə inanmayacaqsınız
9-05-2016, 15:10
İran yeni ballistik raketini sınaqdan keçirdi
9-08-2017, 15:32
Zaqatalada qardaş bacısını bıçaqladı - Video
21-04-2017, 06:12
Burak və Fahriyedən toy açıqlaması