Reytinq agentliyi necə bilə bilər ki, idarəetmədə qüsur var?
Tarix: 17-12-2015 | Saat: 15:47
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov "Standard & Poor`s" (S&P) beynəlxalq agentliyinin cəmiyyətin uzunmüddətli kredit reytinqini "BB+" səviyyəsindən "BB-" səviyyəsinədək endirməsinə münasibət bildirib.
Jurnalistlərlə söhbətində C.Qurbanov bildirib ki, reytinqin birdən-birə aşağı salınmasının səbəbini başa düşməyib.
Onun sözlərinə görə, bir dəstə reytinq agentliyi yığılıb, nə gəldi yazırlar.
"Necə oldu ki, reytinq 6 ay öncə yüksək idi, indi aşağıdır? Bilmək olarmı, nə dəyişib ki, bunlar reytinqi aşağı salıb? Əlbəttə ki, bu, neqativdir. Amma nə edək?
Çalışacağıq ki, düzəldək. Kim bizimlə əməkdaşlıq etmək istəyirsə, biz buna hazırıq. Mən bilmirəm ki, onlar niyə elə yazıb.
Bizə müraciət etsinlər. Reytinq agentliyi necə bilə bilər ki, idarəetmədə qüsur var? Mən öz işimlə, yükdaşıma ilə məşğulam. Biz inkişaf etməyə çalışırıq. Gələcəkdə reytinq öz-özünə düzələcək"-deyə, o, sözlərinə əlavə edib.
Xəbəri paylaş
6138 dəfə oxunub.
Digər xəbərlər

21-10-2022, 09:52
Güclü bildiyiniz adamların zəif tərəfləri - Ən həssas bürclərin siyahısı
17-07-2015, 14:29
Hollivud ulduzu Conni Depp Yunanıstanın Stroqqilo adasını alıb
22-09-2015, 15:58
Taksilər üçün aylıq dayanacaq haqqı müəyyənləşdi
11-05-2017, 12:45
İnsult və xərçəngdən xilas edən TƏRƏVƏZ
20-07-2016, 18:24
Tovuz sakini bədbəxt hadisə nəticəsində ölüb
11-11-2019, 13:04
Xose Bernardonu bıçaqlayan şəxs SAXLANILDI (Yenilənib)
16-06-2021, 12:41
“Sipark” İnşaat qanunları necə pozur... - İTTİHAM
15-06-2016, 16:14
Fatih Terim biabır oldu – Video
31-05-2019, 12:49
İş axtaran müəllimlərin sənəd qəbulunun vaxtı açıqlandı