Nazirlikdən müğənnilərin vergi ödənişi ilə əlaqədar yeni məlumat
Tarix: 03-12-2015 | Saat: 12:52
Bölmə:M / Karusel / İqtisadiyyat / Foto-fakt | çapa göndər
Vergilər Nazirliyi məlumat yaydı.
Vergilər Nazirliyi müğənnilər ilə klipmekerlər arasındakı vergi münasibətlərinin tənzimlənməsi barədə məlumat yayıb.
“Adətən, müğənnilər klip çəkilişlərini, musiqi səsyazmalarını, səsli və video şəklində musiqi albomlarının hazırlanmasını həyata keçirməsi üçün bu xidmətləri göstərən studiyalara müraciət edirlər. Belə studiyalar müğənninin özünə də məxsus ola bilər.
Bu halda, müğənni öz studiyasında çalışan fiziki şəxslərlə əmək ödənişləri məqsədilə əmək müqaviləsi bağlamalı, studiyada istifadə olunan avadanlıqların və bütün digər alətlərin alışını rəsmiləşdirməli, həmin avadanlıqlara amortizasiya hesablamalı, studiyada istifadə olunan materialların (disklərin və çəkilişlə bağlı digər xammal və materialların) alışı ilə əlaqədar sənədləşmələri təmin etməlidir. Lakin çox hallarda müğənnilər başqa peşəkar studiyaların xidmətlərindən istifadə edirlər.
Bunun üçün başqa fiziki şəxs (fərdi sahibkar) və ya hüquqi şəxs qismində fəaliyyət göstərən studiyalarla müğənni arasında xidmət müqaviləsi bağlanması zəruridir.
Müğənni studiyaya ödədiyi xidmət haqqı üçün kassa mədaxil orderi və ya mədaxil qəbzi, həmçinin xidmətlərin təhvil-təslim edilməsi üçün akt tərtib olunaraq özünə təsdiq üçün təqdim etməsini studiyadan tələb etməlidir ki, bu xərclərin sənədləşdirilməsi təmin olunsun”.
Xəbəri paylaş
5708 dəfə oxunub.
Digər xəbərlər

16-10-2019, 13:27
Milli Şuranın mitinqinə icazə verildi
1-07-2015, 20:44
“Halal fahişəlik” də olarmış...
17-04-2016, 10:36
Sürət Hüseynovla görüşə gələn deputatlar
13-12-2016, 13:14
Leyla Əliyeva Emin Ağalarovun ad günündə belə iştirak etdi + VİDEO
29-01-2019, 14:50
Eldar Əzizovdan yeni TƏYİNAT
26-06-2015, 17:47
Əli Həsənov ABŞ Dövlət Departamentinin hesabatına münasibət bildirdi
7-08-2016, 11:52
Hamı Səmranın bu fotosundan - DANIŞIR
17-01-2018, 14:26
İlham Zəkiyevə daha bir vəzifə verildi
15-09-2021, 11:00
Baş həkim deyil, lap oliqarxmış... - İDDİA
29-04-2018, 15:08
Bu gün “Formula 1” üzrə Azərbaycan Qran-prisinin qalibi müəyyənləşəcək