Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bu gün “Formula 1” üzrə Azərbaycan Qran-prisinin qalibi müəyyənləşəcək
Tarix: 29-04-2018 | Saat: 15:08
Bölmə:Karusel / İdman | çapa göndər


Bu gün “Formula 1” üzrə Azərbaycan Qran Prisinin qalibi müəyyənləşəcək.
Bakıdakı mübarizə mövsümün dördüncü yarışı olacaq.
Avtoidman həvəskarları Avstraliya, Bəhreyn və Çindən sonra diqqətlərini Odlar Yurduna yönəldəcəklər. Əvvəlki yarışdan ilk ikisində “Ferrari”nin almaniyalı pilotu Sebastyan Fettel qalib olub. Şanxayda isə ötən il Bakıda birinci yeri tutan “Red Bull”un sürücüsü Daniel Rikkardo rəqiblərini qabaqlayıb.
Hazırda yarışa liderlik edən Fettel “Formula 1” üzrə Azərbaycan Qran-prisinin sıralama turunda da birinci olub. O, həmçinin üçüncü sərbəst yürüşdə də rəqiblərini qabaqlayıb. İlk sərbəst yürüşdə “Mercedes”in pilotu Valtteri Bottas, ikincisində isə “Red Bull”un sürücüsü Daniel Rikkardo ən yaxşı nəticəni göstərib.
Bu gün saat 14:40 - 15:10-da pilotların trek paradı keçiriləcək. Saat 15:00 - 15:25-da açılış mərasimi olacaq. Azərbaycan Respublikasının Dövlət himni 15:56-da səsləndiriləcək. Saat 16:10-da isə “Formula 1” üzrə 2018-ci il Azərbaycan Qran-prisinə start veriləcək. Yarış 51 dövrə və ya 120 dəqiqəni əhatə edəcək. Yarışın start düzülüşü aşağıdakı kimi olacaq:
1. Sebastyan Fettel (Ferrari)
2. Lüis Hemilton (Mercedes)
3. Valtteri Bottas (Mercedes)
4. Daniel Rikkardo (Red Bull)
5. Maks Ferstappen (Red Bull)
6. Kimi Raykkonen (Ferrari)
7. Esteban Okon (Force İndia)
8. Serxio Peres (Force İndia)
9. Karlos Sayns (Renault)
10. Lens Stroll (Williams)
11. Sergey Sirotkin (Williams)
12. Fernando Alonso (McLaren)
13. Şarl Lekler (Sauber)
14. Niko Hülkenberq (Renault)
15. Kevin Maqnussen (Haas)
16. Stoffel Vandorn (McLaren)
17. Pyer Qasli (Toro Rosso)
18. Markus Eriksson (Sauber)
19. Brendon Hartli (Toro Rosso)
20. Romen Qrojan (Haas)
Ümumiyyətlə, mövsüm 21 Qran Pridən ibarətdir:
TarixQran PriTrekUzunluq (metr)Dövrə
23 – 25 martAvstraliyaAlbert-Park530358
6 – 8 aprelBəhreynSahir541257
12 – 15 aprelÇinŞanxay545156
27 – 29 aprelAzərbaycanBakı600351
11 – 13 mayİspaniyaBarselona465566
25 – 27 mayMonakoMonte-Karlo333778
8 – 10 iyunKanadaMonreal436170
22 – 24 iyunFransaLe-Kastelle584253
29 iyun – 1 iyulAvstriyaŞpilberq431871
6 – 8 iyulBöyük BritaniyaSilverstoun589152
20 – 22 iyulAlmaniyaHokkenhaym457467
27 – 29 iyulMacarıstanHunqarorinq438170
24 – 26 avqustBelçikaSpa700444
31 avq. – 2 sent.İtaliyaMontsa579353
14 – 16 sentyabrSinqapurMarina-Bey506561
28 – 30 sentyabrRusiyaSoçi584852
5 – 7 oktyabrYaponiyaSuzuka580753
19 – 21 oktyabrABŞOstin551356
26 – 28 oktyabrMeksikaMexiko430471
9 – 11 noyabrBraziliyaSan-Paulu430971
23 – 25 noyabrAbu-DabiYas-Marina555455
Pilotların sıralamasında ilk pillədə Sebastyan Fettel qərarlaşıb. Onun hesabında 54 xal var. “Üçlüy"ü “Mercedes”in pilotları qapayırlar. Ötənilki dünya çempionatının qalibi Lüis Hemilton 45 xalla ikincidir. O, komanda yoldaşı Valtteri Bottası 5 xal qabaqlayır. 2017-ci il Azərbaycan Qran Prisinin qalibi Daniel Rikkardo isə 37 xalla 4-cü sıradadır. Ümumilikdə, 6 pilot Bakıya hesabında xal olmadan gəlib.
YerPilotKomandaNömrəAvstraliyaBəhreynÇinXal
1Sebastyan FettelFerrari511854
2Lüis HemiltonMercedes44233445
3Valtteri BottasMercedes7782240
4Daniel RikkardoRed Bull34DNF137
5Kimi RaykkonenFerrari73DNF330
6Fernando AlonsoMcLaren1457722
7Niko HülkenberqRenault2776622
8Maks FerstappenRed Bull336DNF518
9Pyer QasliToro Rosso10DNF41812
10Kevin MaqnussenHaas20DNF51011
11Stoffel VandornMcLaren2298136
12Karlos SaynsRenault55101193
13Markus ErikssonSauber9DNF9162
14Esteban OkonForce İndia311210121
15Serxio PeresForce İndia111116120
16Şarl LeklerSauber161312190
17Romen QrojanHaas8DNF13170
18Lens StrollWilliams181414140
19Sergey SirotkinWilliams35DNF15150
20Brendon HartliToro Rosso281517200
*DNF – Finiş etməyibKonstruktorlar Kubokunda hələlik ilk pillədə ötənilki yarışın qalibi olan “Mercedes” komandası qərarlaşıb. Almaniya təmsilçisinin 85 xalı var. İkinci sıradakı “Ferrari” 84, “Red Bull”un isə 55 xala malikdir.
YerKomandaÖlkəXal
1MercedesAlmaniya85
2Ferrariİtaliya84
3Red Bull Racing Tag HeuerAvstriya55
4McLaren RenaultBöyük Britaniya28
5RenaultBöyük Britaniya25
6Scuderia Toro Ross Hondaİtaliya12
7Haas FerrariABŞ11
8Sauber Ferrariİsveçrə2
9Force İndia MercedesHindistan1
10Williams MercedesBöyük Britaniya0
Qeyd edək ki, 2016-cı ildə Bakıda keçirilən “Formula 1” Avropa Qran Prisinin qalibi “Mercedes”in almaniyalı pilotu Niko Rosberq olub. Ötən il isə “Formula 1” Azərbaycan Qran Prisi “Red Bull”un avstraliyalı sürücüsü Daniel Rikkardonun qələbəsi ilə yekunlaşıb.


Xəbəri paylaş

1 2478 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___