Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
<>

ZehraGulum.butik

Ekskluziv,təravətli güllər və buketlər zövqünüzü oxşayacaq!

Ən münasib qiymət bizdə!

Əlaqə üçün: (WhatsApp) 012 371 80 90/055 379 99 40/077 399 68 89 (İnstagram.com)⬇ ➡@zehragulum.butik
İlham Əliyev cənablarının yaxın dostu “Kubiş Moskva” kimlərin ziyarəti üçün Azərbaycana gəldi?
Tarix: 27-08-2018, 01:34 | Saat: 15:47:00
Bölmə:M / Karusel / Siyasət / Foto-fakt / Müsahibə | çapa göndər



Deyirlər “qardaşın necə insandır? Deyir “yoldaş olmamışam”. 
Yoldaş olmaq sadəcə yol alıb getmək deyil. Canı canımızdan, qanı qanımızdan olan  qardaşımızı tanımağımıza vəsilədir. Yola çıxdığın yoldaşın yolunun üzərindəki “daşları” təmizlədikcə dönüb dostun olar. Dost isə nə ailə, nə övlad, nə qardaş məhəbbəti ilə müqaisə edilməz. Ən dəyərli dostluqlar isə ağır günlərdə yaranan dostluqlardır. Necə ki, illərdir vətəndən uzaqda yaşayan, vətəninə qonaq gələn”Kubiş Moskva” ilə İlham Əliyev cənablarının dostluğu kimi.
Xalqımızın taleyinə  90-cı illərin gətirdiyi ağrı-acıları yaşamış bir çox azərbaycanlı kimi “Kubiş Moskva” da o illərdə  Azərbaycana qarşı yönəlmiş təcavüzkar və qərəzli siyasətin,  dövlətimizi dünya xəritəsindən silməyə yönəlmiş iyrənc məqsədlərinin əzablarını yaşayanlardan olaraq bunları söylədi və biz də oxucularımıza təqdim edirik.
O illərdə vətəndən uzaqda, Moskvada yaşayan gənc İlham Əliyev cənabları xalqının gələcəyi üçün gənc vətənpərvər oğul kimi böyük narahatlıqlar yaşayırdı. Ulu öndərin siyasi kursunun tələbəsi olduğu o “qanlı illərdə”  xalqı üçün əlindən gələn dəstək Azərbaycanı dünyaya tanıtmaq, haq səsini uca kürsülərdən eşitdirmək idi.
Hələ Moskvada yaşadığı  tələbəlik illərində və  sonarkı dövrlərdə İlham Əliyev cənablarının əmin olduğu bir həqiqət var olub və indi də o həqiqətinə sadiqdir. Həqiqəti isə ondan ibarətdir  ki, şərəfli və ləyaqətli siyasətçi olmaq üçün şərəfli və nüfuzlu dövlətə sahib olmaq lazımdır. O nüfüzlu dövləti, Azərbvaycanı isə 90-cı illərdə Ulu Öndər Heydər Əliyev cənabları can çəkişən Rus imperiyasının caynğından çəkib çıxartmaq uğrunda siyasi mübarizə aparırdı.
 Tarixin, millətimiz üçün belə bir ağır sınaq illərində İlham Əliyev cənabları ilə tanış olmaq şərəfinə nail olmuş “Kubiş Moskva” da o illərdə gəncliyinin qaynar dövrünü yaşayırdı. “Kubiş Moskva” ilə İ.Əliyev cənablarının dostluğu olduqca etibarlı və dərin köklər atır. Hətta gələcəkdə ölkənin birinci xanımı olacaq Mehriban xanım Əliyeva da “Kubiş Moskva”ya ailənin güvənli dostu olaraq etibar edir. Siyasi fəaliyyətini mənəvi dəyərlərin qorunması uğrunda sərf edən Mehriban xanım Əliyeva hələ gənclik illərindən  həyat yoldaşının siyasi kariyerasındana dəstək alaraq Azərbaycanın mənəvi irsini dünyaya tanıdır. Azərbaycanın xalçasını, Azərbaycanın muğamını, Azərbaycan saz musiqisini, və.s YUNESKO-nun mənəvi irsinə daxil etməklə Azərbaycanı dünyada tanıtmaq missiyasını yerinə yetirir. 
Hər il müqəddəs “Qurban bayramı”nda Ulu öndər H.Əliyev cənablarının və xanımı Z.Əliyevanın,şərqşünas-alim A.İmanquliyevanın,gözəl qələm sahibi-jurnalist  N.İmanquliyevin  məzarlarını ziyarət etmək üçün  vətəninə  gəlmiş  eloğlumuz “Kubiş Moskva”nın Azərbaycanda olmasından istifadə edib,  “Xəbəraz.az” saytı olaraq onunla görüşüb, müsahibə almaq istədik. Onu da etiraf edək ki, bu bizlər üçün o qədər də asan olmadı. Yaxın dostluqları, barədə hər zaman susan ”Kubiş Moskva” xahişlərimizi nəzərə alıb, bizlərə vaxt ayırdı. Böyük qonaqpərvərliklə bizə qapılarını açan”Kubiş Moskva” yenə də hər zamankı kimi reklamdan uzaq, sadə həyatından üç-dörd kəlmə etməklə kifayətləndi. Əslində  “Kubiş Moskva”nın  “mənim sadə həyatım var” sözlərinə inanmaq asan deyil. Onun İ.Əliyev cənabları ilə  köhnə dost olaraq nə səbəblə görüşmədiyi sualımıza “Kubiş Moskva” nın özünəxas cavabı çox maraqlı oldu.
“Köhnə dostluqlar üzərini yosun örtmüş daşlar kimidir. Nə qədər ört-basdır olsa da bir gün yosunlar solurkən, daşlar yenidən üzə çıxar. Önəmli olan dostun gözü önündə yox, qəlbinin dərinliyində yer almaqdır. Mən buna əminəm ki, İ.Əliyev cənabları köhnə dostlarını əsla unutmur ” Yuxarıda sadə həyatı olduğunu vurğulayan “Kubiş Moskva”nın bunca dərin fəlsəfəsi varkən sadə həyatının olmamasına inanmamaqda haqlıyıq. ”Kubiş Moskva”nın sadə həyatı ola bilməzdi. Olmuş olsa belə, ən böyük fəlsəfə özü elə sadəlikdir.”Kubiş Moskva”nın fəlsəfəsi isə bütün pafoslardan uzaq, hecaya bölünməyən DOST-luqlardır. Bu həqiqəti bizlərə süfrəsini səxavətlə, xatirələrini isə “xəsisliklə”  dilə gətirən  ”Kubiş Moskva”nın qonağı olunca öyrəndik. 

шаблоны для dle 11.2

14 2068 dəfə oxunub.
<>
Ömərov Toğrul İsgəndər oğlu. Uşaq Cərrahı PhD. Qəbula yazılmaq +994506729224. Usaqcerrahi.az
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi

Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}
bütün xəbərlər
____ Instagram ___