Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Formula-1”: Bu gün Azərbaycan Qran-prisi start götürür
Tarix: 23-06-2017 | Saat: 11:52
Bölmə:M / Karusel / Gündəm / İdman | çapa göndər



Bu gün Bakıda “Formula-1” üzrə Azərbaycan Qran-prisinə start veriləcək.Paytaxtımızda ardıcıl ikinci dəfə keçiriləcək yarışın ilk gününə birinci sərbəst yürüşlər və bolidlərin trek sınağı planlaşdırılıb. 
 
Yarışın ilkin mərhələsi “Formula-2” iştirakçılarının birinci sərbəst yürüşü ilə başlayacaq. Mövsümün 8-ci yürüşündə saat 13:00-da “Formula-1” pilotları start xəttinə çıxacaqlar. Bu yarış bitdikdən sonra yenidən “əvəzedicilər” mübarizəyə başlayacaqlar. Onlar növbəti gün üçün sıralarını müəyyənləşdirəcəklər.
 
İlk mərhələnin son yarışında “Formula-1” iştirakçıları ikinci sərbəst yürüşlərini keçirəcəklər. Günə Tarkanın konserti ilə yekun vurulacaq.
 
Şənbə və bazar günləri hər bir Formula-1 Qran-prisi üçün əsas günlərdi. Belə ki, sabah “Formula-2” yarışlarında birinci yarış, həmçinin “Formula-1”də üçüncü sərbəst yürüş və sıralama turu planlaşdırılır. Bu dəfə gün “The Black Eyed Peas” qrupu və Nikol Şerzingerin konserti ilə yükunlaşacaq.
 
İyunun 25-də “Formula-2”də ikinci yarış təşkil olunacaq. Ardınca əsas mübarizəyə hazırlıq başlayacaq. Pilotların paradı, Grid təqdimatı olacaq və Azərbaycan himni səslənəcək. Saat 17:00-da Qran-prinin startı veriləcək. Təxminən 2 saatlıq yarışın ardınca mərhələ qaliblərinin mükafatlandırılması və Meraya Kerinin konserti nəzərdə tutulub.
 
Bu mərhələyə də əvvəlki yarış kimi 10 komandanın heyətində 20 pilot qatılacaq. Ölkəmizdə “Mercedes”in heyətində Luis Hamilton, Valterri Bottas, "Ferrari"nin heyətində Sebastyan Fettel, Kimi Raykkonen, "Red Bull"un heyətində Daniel Rikkardo, Maks Ferstappen, "Force İndia"nın heyətində Serxio Peres, Esteban Okon, “Toro Rosso”nun heyətində Daniel Kvyat, Karlos Sayns, "Willams"ın heyətində Felipe Massa, Lens Stroll, "Renault"un heyətində Niko Hülkenberq, Colion Palmer, "Haas"ın heyətində Roman Qrojan, Kevin Maqnussen, "Sauber"in heyətində Markus Eriksson, Paskal Verlyayn, "McLaren Honda"nın heyətində Fernando Alonso və Stoffel Vandorn sürətini yoxlayacaq.
 
Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Bolidlər burdan başlayaraq, Qız Qalası, İçəri Şəhər və Azneft dairəsindən keçməklə saat əqrəbinin əksi istiqamətində 51 dövrə vuracaqlar.
 
Qeyd edək ki, martın 26-da Avstraliyada start götürən mövsümdə 7 mərhələdən sonra pilotların mübarizəsində 141 xalla “Ferrari”nin pilotu Sebastiyan Fettel (93 xal) liderdi. Onu “Mersedes”dən Luis Hamiltonla (129 xal) Valterri Bottas izləyir.
 
Komanda hesabında isə “Mersedes” 222 xalla birincidi. "Ferrari" 214 xalla ikinci, "Red Bull" 112 xalla üçüncüdü.
 
Bakı Şəhər Halqası
Döngə sayı – 20
Dövrə - 51
Əsas yarış günü – 25 iyun
Halqanın uzunluğu – 6,003 km
Ümumi məsafə - 306,049 km
Rekord – Niko Rosberq 1:46.485 (2016)
 
Azərbaycan Qran-prisinin proqramı
 
23 iyun, cümə
11:0011:45FIA Formula-2Sərbəst yürüş
12:0012:45Paddock ClubPaddock Club üzvləri üçün Pit Leyn gəzintisi
13:0014:30Formula-1Birinci sərbəst yürüş
15:0015:30FIA Formula-2Sıralanma turu
15:4016:45Paddock ClubPaddock Club üzvləri üçün Pit Leyn gəzintisi
17:0018:30Formula-1İkinci sərbəst yürüş
 
24 iyun, şənbə
10:0011:25Paddock ClubPaddock Club üzvləri üçün Pit Leyn gəzintisi
11:0011:30Formula-1Komandaların pit stop təlimi
12:0013:05FIA Formula-2Birinci yarış (29 dövrə və ya 60 dəq.)
14:0015:00Formula-1Üçüncü sərbəst yürüş
15:0516:40Paddock ClubPaddock Club üzvləri üçün Pit Leyn gəzintisi
17:0018:00Formula-1Sıralanma turu
 
25 iyun, bazar
12:2513:25Paddock ClubPaddock Club üzvləri üçün Pit Leyn gəzintisi
14:0014:50FIA Formula-2İkinci yarış (12 dövrə və ya 45 dəq.)
15:0016:00Paddock ClubPaddock Club üzvləri üçün Pit Leyn gəzintisi
15:3015:45Formula-1Pilotların paradı
15:4516:15Formula-1Grid təqdimatı
16:45 Formula-1Dövlət Himni
17:0019:00Formula-1Azərbaycan Qran-prisi (51 dövrə və ya 120 dəq)











Xəbəri paylaş

7028 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___