Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sağlam olmaq istəyirsinizsə, əməl edin – 5 SADƏ MƏSLƏHƏT
Tarix: 27-02-2017 | Saat: 12:13
Bölmə:Karusel / Səhiyyə / Bizim seçim | çapa göndər

Sağlam olmaq istəyirsinizsə, əməl edin – 5 SADƏ MƏSLƏHƏT

Yaz mövsümü yaxınlaşdıqca qəfil hava dəyişikliyi yoluxucu xəstəliklərə də təsirini göstərir. Ancaq həyatınızda müəyyən dəyişikliklər edərək və sağlam vərdişlərə yiyələnərək, xəstəlikləri bədəninizdən tamamilə uzaqlaşdıra bilərsiniz. Sizi xəstəliklərdən qoruyan 5 məsləhət veririk.

Bol qatıq yeyin

Səhər yeməyindən sonra bir kasa qatıq yeyin. Xüsusilə səhər saatlarında yeyilən qatıq, həzm sistemini canlandırır və bağırsaqlardakı zərərli bakteriyaların bədəndən atılmasına kömək olur. Gənc yaşlarından qatıq yeyən insanlar gələcəkdə menopauza dövründə yaranacaq sümük əriməsinə də mane olur.

Hərəkət edin

Hərəkətsiz qalmaq xəstələnməyinizə səbəb olur. Nə qədər aktiv və hərəkətli olsanız, immunitet sisteminiz də bir o qədər güclü olacaq.

Sarımsaq yeyin

Hər gecə yatmazdan əvvəl bir diş sarımsaq yeyin. Sarımsaq infeksiyalarla mübarizə aparmağa, qan təzyiqini tarazlıqda saxlamağa və xolesterol səviyyəsini nizamlamağa kömək olur. Aparılan araşdırmalara görə, hər gün bir diş sarımsaq yeyən insanlar yeməyənlərə nisbətən az xəstələnir.

Gözəllik yuxusu şərtdir

Vaxtınız olduqda günortalar yatmağa çalışın. Günorta yuxusu həm dəri, həm də sağlamlığa xeyirdir.

Soyuq su

İlıq və ya isti su ilə duş qəbul etdikdən sonra soyuq su ilə bədəninizi yaxalayın. Bu, qan dövranının artmasına kömək olacaq. Eyni zamanda, soyuq suyun altında bir neçə saniyə qalmaq immunitet sisteminin güclənməsini təmin edəcək.


Xəbəri paylaş

7898 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___