“Azərbaycan-Türkiyə qardaşlığı bundan sonra da möhkəmlənəcək” - İlham Əliyev
Tarix: 19-08-2018 | Saat: 12:05
Bölmə:M / Karusel / Siyasət / Xəbəraz-ın debatı | çapa göndər
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib.
Xeberaz.az xəbər verir ki, məktubda aşağıdakılar qeyd edilib:
“Əziz qardaşım, Türkiyənin aparıcı siyasi qüvvəsi olan Ədalət və İnkişaf Partiyasının sədri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Qurucusu olduğunuz partiyanın yenidən Sədri seçilməyiniz partiya üzvlərinin Sizə olan sonsuz inam və etimadının aşkar təzahürü, Türkiyənin inkişafı və rifahı naminə göstərdiyiniz xidmətlərə verilən yüksək qiymətdir.
Bu gün Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri hərtərəfli inkişaf edir və regionda əmin-amanlığın və sabitliyin bərqərar olmasına, inkişafa töhfələr verir.
Qarşılıqlı faydalı əməkdaşlığımız, birgə gerçəkləşdirdiyimiz irimiqyaslı layihələr strateji tərəfdaşlığımızı səciyyələndirən mühüm məqamlardır. Əminəm ki, birgə səylərimizlə Azərbaycan-Türkiyə müttəfiqliyi və qardaşlığı bundan sonra da möhkəmlənəcək və inkişaf edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim sülh və firavanlıq arzulayıram”.
Xəbəri paylaş
5778 dəfə oxunub.
Digər xəbərlər

12-02-2016, 14:36
Dollar niyə ucuzlaşır? - TƏHLİL
12-10-2015, 22:06
Problemli kreditlər yüz milyonla artır
18-11-2016, 20:47
Çayın ürəyin sağlamlığına 3 FAYDASI
14-05-2016, 15:30
Türkiyə Azərbaycanın istədiyi silahlarla bağlı qərar verdi
2-12-2020, 12:20
Lənkəranda vəzifəli şəxsə cinayət işi açıldı
27-11-2015, 16:17
Hadi Rəcəbli: “Sabitliyi pozmaq istəyənlər vətən xainidir“
5-01-2023, 14:30
Doğuş DNT testi verdi: Seyid onun oğludur? - FOTO