Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Cəbrayıl Xanlarov dövlət başçısının sökdürdüyü binanın yerində yenisini tikdirib?
Tarix: 04-12-2020 | Saat: 23:28
Bölmə:Bütün xəbərlər / M / Karusel / İqtisadiyyat / Gündəm / Foto-fakt / Araşdırma | çapa göndər

Cəbrayıl Xanlarov dövlət başçısının sökdürdüyü binanın yerində yenisini tikdirib?

"Cəbrayıl Xanlarov təkcə Bilgəhdəki villasını bərpa etməklə kifayətlənməyib, üstəlik birini də Qəbələnin Bum kəndində inşa edib." Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli sosial şəbəkədə məlumat yayıb.
Araşdırmaçı jurnalist Cavanşir Həsənli bildirir ki, 5 il əvvəl Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəsi Cəbrayıl Xanlarovun Bilgəhdə həyat yoldaşının adına olan üçmərtəbəli villası dövlət başçısının birbaşa göstərişi əsasında sökülmüşdü. İndi yerində yenisini tikib.
Maraqlıdır ki, Cəbrayıl Xanlarov təkcə Bilgəhdəki villasını bərpa etməklər kifayətlənməyib, üstəlik birini də Qəbələnin Bum kəndində tikdirib.
Araşdırmaçı jurnalist Cavanşir Həsənli qeyd edir ki, 5 il əvvəl prezidentin tapşırığı ilə üçmərtəbəli villası sökülən Cəbrayıl Xanlarov tələm-tələsik xaricdəki biznesini də ( xalça ticarəti, maşın təmiri mərkəzi, mineral suların və meyvə şirələrinin topdansatışı və s.) qapadıb.
Cəbrayıl Xanlarov 03.11.1972-ci ildə Bakı şəhərində doğulub. Şəxsiyyət vəsiqəsində yer alan məlumata görə o, M. Müşfiq küçəsi, ev 11/13, mənzil 24-də yaşayır. 1995-ci ildə İqtisad Universitetini bitirib. Sonra Azərbaycan Dövlət Gömrük Komitəsinin “Azərterminlakompleksdə” işləyib.
Gömrük Xidməti mayoru olduğu bildirilir. FHN yaranandan sonra, 2005-ci ildən bu nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində rəisi vəzifəsinə təyin edilib. Göründüyü kimi, Cəbrayıl Xanlarov bu vəzifəyə agentlik yarandığı gündən rəhbərlik edir. Yəni 34 yaşında bu vəzifəyə təyin olunub. Bu təyinata qədər FHN-in özündə adi bir işdə işləyib və qeyri-adi bacarığı ilə diqqəti çəkməyib. C.Xanlarovun nazirlikdə birinci müavin, keçmiş MTN-çi Rəfail Mirzəyevin himayəsi altında olduğu da bildirilir.
Yerli mətbuatda yayılan məlumatlara görə Cəbrayıl Xanlarovun Azərbaycanın bir çox bölgələrində imarətləri, biznes obyekti var. Zaqatala zəlzələsi üçün ayrılan vəsaitdən böyük pay ayrılan “Azəri Trans” MMC şirkətinin də Cəbrayıl Xanlarovun nəzarətində olduğu qeyd olunur.
cvcv ev1cv ev
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Müəllif Cavanşir Həsənli 



3168 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___