İlham Əliyev Barak Obamaya məktub göndərdi
Tarix: 03-07-2015 | Saat: 18:42
Bölmə:M / Karusel / Siyasət / M2 / Təbriklər | çapa göndər
"Azərbaycan Respublikası Amerika Birləşmiş Ştatları ilə münasibətlərə böyük əhəmiyyət verir"
Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obamaya təbrik məktubu ünvanlayıb.
Xeberaz.az sizə həmin təbrik mesajını təqdim edir:
Təbrikdə deyilir: "Amerika Birləşmiş Ştatlarının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycan Respublikası Amerika Birləşmiş Ştatları ilə münasibətlərə böyük əhəmiyyət verir. Ölkələrimiz arasındakı əlaqələr hərtərəfli və dinamik inkişaf yolu keçərək bir çox sahələrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Avropanın və bir sıra ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsinə töhfəmiz, beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığımız, eləcə də dünyanın ən qaynar nöqtələrində beynəlxalq birliyin sülhyaratma missiyasında iştirakımız bu münasibətlərin bariz nümunələridir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması, işğal olunmuş ərazilərimizin azad edilməsi, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan çox soydaşımızın öz doğma torpaqlarına qayıtması üçün ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın və şəxsən Sizin, cənab Prezident, səylərinizin tezliklə nəticə verəcəyinə bizim böyük ümidlərimiz var.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Amerika xalqına daim sülh və rifah arzulayıram".
Xəbəri paylaş
7158 dəfə oxunub.
Digər xəbərlər

20-09-2015, 12:57
Xarici İşlər Nazirliyinin qarşısına yeni vəzifələr qoyuldu
9-10-2018, 11:00
Məşhur rus aparıcı Bakıda- Hamamdan şəkil paylaşdı
20-02-2016, 21:41
Bu qəza görənləri dəhşətə gətirdi - Video
27-01-2018, 12:06
İnternetdə tanış olduğu qadın kişinin başına oyun açdı-Bakıda
17-06-2022, 11:14
Manaf Ağayev polisə tabe olmayıb, söyüş söyərək qaçmaq istəyib - 4 ay əvvəlki həbsin TƏFƏRRÜATI
21-10-2016, 11:25
Samuxda da yaşayış evində partlayış oldu: 2 nəfər ağır yaralı
7-07-2017, 18:13
Argentinalı rəqqasdan Renkaya təklif
27-03-2015, 19:07
Qan azlığı qadınlarda daha çox rast gəlinir
26-08-2023, 11:48
Bakıda DƏHŞƏT: "makler" binanın həyətində özünü asdı
30-01-2019, 10:40
Bu qəsəbələrdə su olmayacaq