Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qan azlığı qadınlarda daha çox rast gəlinir
Tarix: 27-03-2015 | Saat: 19:07
Bölmə:Karusel / Qadınlar / Səhiyyə / M2 | çapa göndər

Qan azlığı qadınlarda daha çox rast gəlinir
Qan azlığı nədir? Qadınlarda daha çox rast gəlinməsinin səbəbləri nələrdir?
Əlamətləri nələrdir? Anemiya ilə mübarizə aparmaq üçün necə qidalanmalı? Hamilə qalmağı çətinləşdirirmi? Anemiya müalicə edilməzsə, nələrə yol açır? Necə müalicə etmək olar?
Həm uşaqlarda, həm də yeniyetmələrdə, xüsusilə də qadınlarda geniş yayılmış bir problem olan qan azlığı ilə bağlı lazımlı məlumatlar:

- Anemiya nədir?

- Qanazlığı, başqa sözlə anemiya adlandırılır. Anemiya qırmızı qan hüceyrələrinin sayının, hemoqlobin konsentrasiyasının və ya hematokritin normadan az olmasıdır. Eritrositlər daxilində olan hemoqlobin toxumalara oksigen daşıyan əsas maddədir. Hemoqlobin və eritrositlərin azlığı toxumaların oksigenlə təminatını pisləşdirir və hipoksiya adlanan hal yaradır. Bu zaman siz ümumi zəflik, yorğunluq hiss edirsiniz.

Qanın normal göstəriciləri belədir:

Eritrositlər – 4,5-6,3 milyon/mm3

Hemoqlobin – 13-18 g/dl

Hematokrit – 40-54 %

Anemiya müxtəlif səbəblərdən əmələ gəlir və davametmə müddətinə görə fərqli olur.

Normal hemoqlobin və hematokrit dəyərləri yaşa və cinsiyyətə görə dəyişir. Hemoqlobin və hematokritin yaş və cinsə görə normaldan aşağı olması anemiya kimi dəyərləndirilir.

- Dəmir çatışmazlığı və anemiyanın bağlılığı nədir?

- Dəmir qanda oksigen daşıyan hemoqlobin molekulunun istehsal edilməsi üçün lazımdır. Dəmir immun sistemi və zehni inkişaf üçün də lazımdır. Qəbul etdiyiniz qidaların tərkibində dəmirin az olması, ya da qadınlarda çox, ya da nizamsız menstruasiya ilə əlaqədar olaraq orqanizmdə dəmir mineralı azalır. Dəmir çatışmazlığı isə qan azlığına səbəb olur.

Anemiya halsızlıq, tez yorğunluq, dəridə solğunluq, döyüntü, saç tökülməsi kimi problemlərə səbəb olur. Xüsusilə yeniyetmə çağında olan və gənc qadınlar dəmir çatışmazlığından əziyyət çəkməmək üçün yaxşı qidalanmalıdır. Əks halda dünyaya gələcək körpələrdə də baş verə bilər.

- Dəmir çatışmazlığı və anemiyanın bağlılığı nədir?

- Dəmir qanda oksigen daşıyan hemoqlobin molekulunun istehsal edilməsi üçün lazımdır. Dəmir immun sistemi və zehni inkişaf üçün də lazımdır. Qəbul etdiyiniz qidaların tərkibində dəmirin az olması, ya da qadınlarda çox, ya da nizamsız menstruasiya ilə əlaqədar olaraq orqanizmdə dəmir mineralı azalır. Dəmir çatışmazlığı isə qan azlığına səbəb olur.

Anemiya halsızlıq, tez yorğunluq, dəridə solğunluq, döyüntü, saç tökülməsi kimi problemlərə səbəb olur. Xüsusilə yeniyetmə çağında olan və gənc qadınlar dəmir çatışmazlığından əziyyət çəkməmək üçün yaxşı qidalanmalıdır. Əks halda dünyaya gələcək körpələrdə də baş verə bilər.

- Qan azlığının səbəbləri nələrdir?

- Anemiya qırmızı qan hüceyrəsinin struktur xüsusiyyətlərinin və funksiyalarının pozulması nəticəsində yarana bilər. Qan azlığının səbəbləri belə sıralanır:

1. Qırmızı qan hüceyrəsi quruluşunun pozulması, yəni, sümük iliyindən kifayət miqdarda qırmızı qan hüceyrəsi istehsal edilmir;

2. Qırmızı qan hüceyrəsinin inkişafında struktur və funksional pozğunluq - dəmir, fol turşusu, vitamin B12 çatışmazlığı, qurğuşun zəhərlənməsi;

3. Qırmızı qan hüceyrəsinin vaxtından əvvəl məhv edilməsi;

4. Qanaxma və yaralar, yaxud nizamsız menstruasiya.

- Anemiyanın əlamətləri nələrdir?

- Qan azlığının əlamətləri - solğunluq, halsızlıq, tez yorğunluq, təngnəfəslik, rəngin avazıması, başgicəllənmə, bəzən baş ağrısı, tərləmə və ağızda quruluq, qulaqda küy, arterial təzyiqin düşməsi, nəbzin zəif olması və tezləşməsi, nəfəs darlığı, anlama və qavramaqda çətinlik, tez-tez infeksiyalara yoluxmaq, hərarət, sümük və oynaq ağrıları, saç tökülməsi və dırnaqların qırılması, ağız kənarında yaranan çatlar, dad bilmə duyğusunun azalması kimi hallar.

- Qan azlığı həyat keyfiyyətinə təsir edirmi?

- Qan azlığında oksigen bədənin müəyyən bölgələrində kifayət qədər olmadığı üçün müxtəlif orqanlara da təsir edir. Bu şikayətlər həyat keyfiyyətinə təsir edərək ciddi sağlamlıq problemlər yaradır.

- Anemiya niyə daha çox qadınlarda rast gəlinir?

- Bunun səbəbi nizamsız menstruasiya və orqanizmdə dəmir çatışmazlığıdır. Menstruasiya ağrıları zamanı tez-tez ağrıkəsici istifadə etmək, dəmirdən məhrum pəhriz saxlamaq, bağırsaq parazitləri və xəstəlikləri də dəmir çatışmazlığına və anemiyaya yol aça bilər.

- Anemiya müalicə edilməzsə nə kimi nəticələri ola bilər və riskləri hansılardır?

- Anemiya müalicə edilməzsə, hemoqlobin səviyyəsi aşağı düşür. Hamiləlikdə müalicə edilməyən qan azlığı erkən doğum, hamiləliyin pozulması kimi riskləri artır. Mədə-bağırsaq sisteminin və xərçəng xəstəliklərində də dəmir çatışmazlığı tez-tez göründüyü üçün risklərin aradan qaldırılması vacibdir.

- Anemiya hamilə qalmağı çətinləşdirir?

- Xüsusilə kifayət qədər qidalanmayan qadınlarda anemiya halları daha çox müşahidə olunur. Bu isə hamilə qalmağı çətinləşdirir. Fol turşusu çatışmazlığına bağlı olaraq yaranan anemiya hamilə qalmağı çətinləşdirməkdən başqa, hamiləliyin pozulması riskini də artıra bilər. Qanazlığı olan və hamiləlik planlaşdıran xəstələrdə qan səviyyəsinin normal olması və yüksəldilməsi vacibdir.

- Qan azlığının hamiləlikdıə yaratdığı riskləri hansılardır?

- Hamiləlikdə gündəlik dəmir ehtiyacı artır. Hamiləlikdə qan azlığı olan qadınlarda doğuşdan sonra depressiya güclənir. Hamiləlikdə anemiya yeni doğulan körpənin zehni və psixoloji inkişafına da mənfi təsir göstərə bilər.

- Anemiya necə müalicə edilir?

- Ağızdan alınan dəmir preparatları adətən hemoqlobin səviyyəsini bir neçə həftə ərzində yüksəldir. Bundan başqa, bəzən xəstələrə zərdab olaraq verilən dəmir müalicəsi də təklif olunur.

- Tərkibində dəmir olan qidalar qan azlığını aradan qaldırmaqda təsirlidirmi?

- Bədəndəki dəmirin 2/3-ü qanda oksigen daşıyan hemoqlobinin tərkibində yer alır. Hamiləlik dövründə plasentada artan qan axını ilə bərabər ana və körpənin dəmir ehtiyacı artır. Tərkibində dəmri olan qidalar qan azlığını aradan qaldırmaqda çox təsirlidir.

- Qan azlığından əziyyət çəkməmək üçün necə qidalanmaq lazımdır?

- Dəmir ehtiva edən ən yaxşı qidalar bunlardır: qırmızı ət, yumurta, doşab, paxlalı bitkilər, quru meyvələr, fındıq, fıstıq, tünd yaşıl yarpaqlı tərəvəzlərin istehlakı qan azlığını arandan qaldırmaqda olduqca əhəmiyyətlidir. Qidalanmada kalsium qəbulunun dəmirdən çox olması orqanizmə mənfi təsir göstərə bilər.

- Müayinə necə aparılır?

- Həkim qanazlığına səbəb olan faktoru müəyyənləşdirmək üçün sizə ilkin olaraq aşağıdakı müayinələri təklif edəcək:

Qanın genişləndirilmiş ümumi analizi (retikulositlər, trombositlər, eritorositar indeks və s. daxil olmaqla)

Qanın laxtalanma qabiliyyəti

Qanın biokimyəvi analizı (Bilirubin, LDH, serum zülalları daxil olmaqla)

Həkim şübhələndiyi əsas xəstəliyin üzə çıxarılması üçün lazım gələndə digər müayinə üsullarını tətbiq edə bilər.


Xəbəri paylaş

1 1198 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___