Rövşənin “Lotu Quli”dən qisasını Şeyx Həmzət alacaq - Qardaşı ilə foto
Tarix: 05-11-2017 | Saat: 12:23
Bölmə:M / Karusel / Gündəm / Foto-fakt | çapa göndər
Azərbaycanlı məmur, Rövşən Lənkəranskinin polkovnik qardaşı Namiq Canıyev 2 gün öncə İstanbulda bu yaxınlarda həbsxanadan çıxmış “Lotu Quli” ləqəbli “qanuni oğru” Nadir Səlifova qarşı sui-qəsd təşkil etməkdə şübhəli bilinərək saxlanılmış, sonra sərbəst buraxılmışdı.
“Xəbəraz.Az” "Sputnik Azərbaycan"a istinadən xəbər verir ki, İstanbulda baş verənlərin bir sıra təfərrüatları məlum olub. Belə ki, Namiq Canıyev kriminal avtoritetə qarşı hazırlanan sui-qəsdin iştirakçısı olmayıb. Onun mediada yayılan sonuncu şəklini isə ondan xəlvət çəkiblər.
N.Səlifovla haqq-hesabı Şeyx Həmzət ləqəbli çeçen kriminal avtoritet, oğru dünyasının “Ümumavropa kassası”nın nəzarətçisi Həmzət Qastəmirov “çürütmək” istəyir. Hansı ki, o, bu yaxınlarda saxta pasport gəzdirməkdə və odlu silah saxlamaqda günahlandırılaraq 8 cangüdəni və aralarında yaxınlarının da olduğu 13 nəfərlə birlikdə Amsterdamın Sxiphol hava limanı yaxınlığında saxlanılmışdı. Sonra Qastəmirov Hollandiya məhkəməsinə 3,6 milyon avro ödəyərək azadlığa çıxmışdı. Qastəmirovun adamları onu holland polisinə “Lotu Qulinin” adamlarının satdığını güman edirlər.
Məlumata görə, Namiq Canıyev Türkiyəyə bir sıra maliyyə məsələsini yoluna qoymaq üçün gedibmiş. O, səfər zamanı həmçinin Rövşən Lənkəranskinin yaxın tərəfdaşları Şeyx Həmzət və Hacı Beyləqanski ilə də görüşüb.
Sayt qeyd edir ki, N.Canıyev qardaşı Rövşən həyatda olarkən onunla birlikdə şəkil belə çəkdirməyib. Amma bu dəfə mərhum qardaşının yaxın dostları ilə görüşmək onun üçün ölüm-dirim məsələsi olub. Ola bilsin, Namiq Canıyev qətlə yetirilmiş qardaşının intiqamının alınmasını istəyib. Rövşən Lənkəranskinin qisasını almağa bu yaxınlarda ona Şeyx Həmzət söz verib. O, bu məqsədlə türk və çeçen mafioz klanlarını bir yerə toplayıb. İnternetdə Şeyx Həmzətin dünənki İstanbul əməliyyatında ələ keçən Mehmet Sabri Şirinlə birgə fotosu yer almaqdadır. Bu, onların yaxın münasibətlərdə olduğu faktını bir daha təsdiqləyir.
Yeri gəlmişkən, polis Namiq Canıyevi ticarət mərkəzində deyil, oteldə saxlayıb.
"Qafqazinfo" bu məqamda Criminal.az-ın N.Canıyevlə Şeyx Həmzətin fotosunu təqdim edir. Bildirilir ki, onların görüşü böyük ehtimalla, bu ilin avqustunda, Lənkəranskinin il mərasimində baş tutub.
Xəbəri paylaş
1 4078 dəfə oxunub.
Digər xəbərlər

14-06-2016, 16:07
Bakıda federasiya prezidentinə qarşı cinayət - Foto
11-01-2016, 10:41
Röya Məlahət Abbasovaya görə pis olub
22-11-2021, 19:53
YAP Nizami Rayon təşkilatının sədr nüavini ictimai fəal- Bakı şəhər Nizami İcra Hakimiyyəti tərəfindən Fəxri Fərmanla təltif olundu.
21-12-2020, 12:25
Polis mülki geyimdə vətəndaşın icazəsini yoxlaya bilər? - RƏSMİ AÇIQLAMA
14-07-2017, 12:22
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Kannda Azərbaycan mədəniyyəti günlərinin açılışında iştirak edib - FOTO
6-09-2019, 11:35
Əli Əhmədov qan verdi - FOTOLAR
3-11-2018, 07:23
Tramp səfəri ləğv etdi
29-07-2016, 22:37
Cavid Qurbanov daim Kəlbəcər rayonundan olan seçicilərin problemlərini diqqət mərkəzində saxlayır
9-07-2017, 17:03
Prezident İlham Əliyev 22-ci Dünya Neft Konqresində iştirak etmək üçün Türkiyəyə səfərə gəlib - FOTO