Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Röya Məlahət Abbasovaya görə pis olub
Tarix: 11-01-2016 | Saat: 10:41
Bölmə:Karusel / Şou-Biznes / M2 | çapa göndər

Röya Məlahət Abbasovaya görə pis olub
Əməkdar artist Röya Ayxan aktrisa Məlahət Abbasovanın ünvanına dediyi təhqiramiz sözlərə görə pis olub.

Xeberaz.az-ın məlumatına görə, müğənni bu haqda sosial şəbəkədə yazıb:

"Bəlkə də inanmayacaqsınız, amma əsəbdən deyirəm, sonra da özüm pis oluram. Xahiş edirəm insanın zəhmətini, həyəcanını anlayın. Səhvim də olur, düzüm də. Ya yanımda olun, yolu göstərin, ya da susun. Ağıllı kimi məsləhətlər verməyin. Çıxıb efirdə cavabınızı verirəm, sonra da pis oluram. Axı mən o ürəyin sahibi deyiləm. Bir-birimizə hörmət edək. Bir sözlə hörmət qoyun, hörmət edim".

Qeyd edək ki, M.Abbasova sosial şəbəkədə R.Ayxanın "Bəyaz şou"dakı çıxışı ilə bağlı bu sözləri yazmışdı:

“Verilişin bitməsinə 10 dəqiqə qalmış dəvət olunan, Bəyazın dediyi kimi “Azərbaycanın Rihannası”na sadəcə, 1 mahnı oxutdurdular. İlk görəndə qürur hissi keçirdim. Ailəlikcə gözlədik ki, ikinci və üçüncü mahnı da oxusun, amma olmadı. Məncə bu başqa ölkədən gələn sənət adamına təhqir, hörmətsizlik idi. Bəyazın heç bir proqramında xarici ölkədən gələn qonağa belə davranmırlar. Menecer belə bir şeyi necə qəbul edib? Proqramın bitməsinə 10 dəqiqə qalmış, xala-xətrin qalmasın deyə bir mahnı ilə verilişə qatılmaq lazım idi? Öz vətənlərində belə bir təklifi hər hansı kanaldan qəbul edərdilər? Böyük bacı olaraq demək istəyirəm ki, özünüzü ucuzlaşdırmayın. Min əziyyətlə gəldiyiniz yeri, hörmətinizi bir proqrama görə itirməyin. Bu birinci dəfə olmadığı üçün belə şeylərə çox əsəbləşirəm. Röyanın nə Bəyazın proqramına, nə də Bəyaza ehtiyacı var. Bəyazın proqramı gözəl və reytinqlidir. Ora qatılarkən hər şeydən əvvəl peşəkar sənət insanı olaraq, prestijinizi zədələməyin”.

Röya isə cavabında aktrisanı təhqir etmişdi:

"50 ildir gedib Türkiyədə oturan biri hələ heç bir iş görməyib. İnstaqramda haqqımda nələrsə yazıb. Əlində süpürgə tutmaqdan başqa heç nə görmədim. Ötən il bir mahnı işləyirdim. Həmin aktrisanın köhnə filmini içinə qoyub, özünü çəkəcəkdim. Heç özünün xəbəri yox idi. Sonra dedim, "ağəz", get, işinlə məşğul ol. Sən heç kimin yadında da deyilsən, səni yenidən niyə çıxarım ki? Mən Türkiyəyə gedəndə sən heç İnstaqramda paylaşdın ki, "Mənim Azərbaycanımın gözü gəlir Türkiyəyə". Sən mən gedəndə də deyirsən ki, "Hörmətsiz". Sən özün kimsən, sənə nə hörmət qoydular ki, mənim adımı çəkirsən? Get süpürgəni al əlinə, yağış yağanda pəncərəni silərsən. Yaşca məndən böyükdür, ağıllı olsun. Türkiyədə tapmayım onu. Cavabını verməliydim, qarabağlıyam, ürəyim partlayardı".


Xəbəri paylaş

7008 dəfə oxunub.

Digər xəbərlər
30-01-2018, 09:30 Cəbhədən SON XƏBƏR

bütün xəbərlər
____ Instagram ___