İlham Əliyev Ərəb-İslam-Amerika Sammitində - Fotolar
Tarix: 21-05-2017 | Saat: 21:15
Bölmə:M / Karusel / Gündəm / Foto-fakt | çapa göndər
Mayın 21-də Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində Ərəb-İslam-Amerika Sammiti işə başlayıb.
Azərbaycan Prezidenti İlham Əliyev Sammitdə iştirak edir.
İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Sammitin keçirildiyi Kral Əbdüləziz Beynəlxalq Konfrans Mərkəzində Azərbaycan Prezidenti İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşıladı.
Dövlət və hökumət başçıları birgə foto çəkdiriblər.
Ərəb və İslam ölkələri rəhbərlərinin, həmçinin ABŞ Prezidenti Donald Trampın iştirak etdikləri Sammit “Birlikdə güclüyük” devizi altında keçirilir. İlk dəfədir təşkil edilən bu tədbirdə iştirakçı ölkələrin qlobal təhlükəsizliyin, sabitliyin təmin edilməsində, zorakılıq, terrorizm və ekstremizm ilə mübarizədə rolu və bu sahədə mövcud əməkdaşlığın daha da dərinləşdirilməsi barədə müzakirələr aparılır. Sammit iştirakçı ölkələr arasında işgüzar, mədəni və siyasi əlaqələrin tolerantlıq və əməkdaşlığa müştərək inam vasitəsilə daha da gücləndirilməsinə xidmət edir. Tədbirin məqsədlərindən biri də ölkələr arasındakı münasibətlərdə yeni başlanğıcın və hamı üçün daha parlaq gələcəyin təməlinin qoyulmasıdır.
Xəbəri paylaş
5008 dəfə oxunub.
Digər xəbərlər

25-06-2017, 22:47
Məqsədli öpüşlər... - BUSƏLƏRİN MƏNASI
22-06-2019, 14:18
Azərbaycanda 24 yaşlı qız özünü binadan atdı
30-06-2015, 14:35
Dövlət Taxıl Fondu tədarükə başladı (SİYAHI)
30-10-2015, 14:05
Bakıda yük maşını aşıb: Ölən və xəsarət alan var
1-04-2015, 21:12
Milli Məclis Elman Rüstəmov barədə qərarını verdi
22-02-2016, 12:53
"Eurovision"da QALMAQALLI mahnı olacaq
10-03-2018, 12:27
"Barselona"nın baş məşqçisindən Neymar açıqlaması
28-12-2016, 23:12
Rəqs edən milyarder və xanımı hərəkətilə hamını HEYRƏTLƏNDİRDİ - VİDEO