Məqsədli öpüşlər... - BUSƏLƏRİN MƏNASI
Tarix: 25-06-2017 | Saat: 22:47
Bölmə:Karusel / Maraqlı | çapa göndər
Öpüş insanlar arasında müsbət hisslərin ifadəsidir. Öpüşən insanlar bir-birlərinə bu vasitə ilə öz xoş münasibətlərini bildirirlər. Amma bir məsələ də var ki, hər öpüşün arxasında bir məqsəd durur və hər busənin öz mənası var. Sevgi, hörmət, şıltaqlıq, sevinc bəxş etmək və sair və ilaxır.
Hisslərimizi əks etdirən öpüşlərin mənası haqqında yazını təqdim edirik.
Yanaqdan öpmək yaxın dostluq münasibətinin təzahürü, qarşı tərəfin nə qədər dəyərli olduğunu ifadə etməkdir.
Dodaqdan öpmək sevginin təzahürü, daha yaxın əlaqələrin qurulacağına ümidin inamlı ifadəsidir.
Əldən öpmək böyük hörmətin, ehtiramın, göstərilən rəğbətin əlamətidir.
Gözdən öpmək səmimiyyətin, incəliyin, münasibətlərin kövrəkliyinin təzahürüdür.
Alından öpmək qayğıkeşliyin, doğmalığın, xeyirxahlığın əlaməti, qarşı tərəfə həmişə dayaq olacağının ifadəsidir.
Qulaqdan öpmək sevgi oyunlarına istəyə işarədir.
Burundan öpmək şıltaqlıq etməyin, qarşı tərəfin əhvalını xoş etmək istəyinin ifadəsidir.
Boyundan öpmək iddialılığın, münasibətlərdə daha çox şeylərə nail olmaq istəyinin göstəricisidir.
Qeyd olunduğu kimi hər bir öpüşün arxasında insan hissləri ilə bağlı bir məqsəd, bir məna var. Hisslərlə cilanan bu öpüşlərdən savayı siyasi öpüşlər də var ki, bu ənənənin banisi, yaradıcısı, qurucusu Leonid İliç Brejnev olub.
(modern.az)
Xəbəri paylaş
1 9358 dəfə oxunub.
Digər xəbərlər

21-04-2019, 00:14
Məktəblərdə pəncərə tutacaqları çıxarıldı
10-12-2021, 11:22
"Sultan Travel"dan ilginc DƏLƏDUZLUQ - NARAZILIQ!
18-11-2016, 19:20
Dirçəliş günü ilə bağlı Alpaqut Turan döyüş sənəti üzrə ümumrespublika seminarı keçirildi-FOTOLAR
2-12-2016, 14:53
“Məmurların sayı 30 faiz azaldılsın” - Milli Məclisdə təklif
26-05-2020, 19:41
Fransa Prezidentindən İlham Əliyevə təbrik məktubu
4-01-2016, 20:24
“Apteçka”da hansı dərmanlar olmalıdır?-Maşın sürənlər mütləq oxusun
22-04-2019, 17:23
Prokuror, Fədayə Laçın və polkovnikin həbsdə qalmasını istədi
13-06-2017, 16:31
“Erotikanı başa düşən yoxdur” - Roza