Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ancelina Colini Azərbaycana gələ bilər
Tarix: 20-06-2015 | Saat: 14:37
Bölmə:M / Karusel / Gündəm / M2 / Fotogalereya | çapa göndər

Ancelina Colini Azərbaycana gələ bilər

Məşhur aktrisa, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının xüsusi elçisi Ancelina Coli qaçqın və məcburi köçkünlərə baş çəkmək üçün Türkiyədədir.

Məşhur kino ulduzu Midyat düşərgəsinə sığınan suriyalı və iraqlı köçkünləri ziyarət etmək üçün xüsusi təyyarə ilə Mardinə gəlib. Aktrisanın prezident Rəcəb Tayyib Ərdoğan və BMT Mühacirlər Yüksək Komissarı Antonio Guterres ilə “20 iyun Qaçqınlar Günü” münasibətilə Midyat Sığınma Mərkəzində təşkil ediləcək proqrama qatılması gözlənilir.

Erməni işğalçılarının hücumları nəticəsində 23 ildən artıqdır ki, torpaqlarımızın 20 faizi düşmən tapdağı altındadır.1 milyondan çox insanımız hələ də öz yurd-yuvalarından didərgin düşüb. Hərçənd ki, Azərbaycan dövləti qaçqınlarımızla bağlı bütün lazımı tədbirləri görüb, onlar üçün bütün standartlara cavab verən qaçqın şəhərcikləri salınıb.

Ermənistan dövləti isə bu gün də öz işğalçılıq siyasətini davam etdirir.

Bəs, görəsən Qarabağ münaqişəsinin həlli ilə bağlı 4 qətnamə qəbul edən, amma həyata keçirməyə gücü çatmayan bir təşkilat niyə öz xüsusi elçisini də Azərbaycan göndərmir? Çünki, bu gün Azərbaycan öz qaçınlarının sayına görə dünyada birinci yeri tutur.

Sualımıza cavab tapmaq məqsədi ilə Milli Məclisin deputatı Fazil Mustafa ilə əlaqə saxladıq. O. Azvision.az-a açıqlamasında azərbaycanlı qaçqınlar məsələsinin BMT-nin maraq dairəsində olmadığını ifadə edib.

“Ancelina Colinin Azərbaycana səfəri Ermənistanı işğalçı dövlət olması faktını dünyaya çatdırmaq istiqamətində öz faydasını verə bilər. Bunun üçün isə xeyli vəsait xərcləmək lazımdır. Faktiki olaraq bu gün Azərbaycanda qaçqınlar üçün müəyyən şəhərciklər salınıb. Onların əksəriyyəti də həmin şəhərciklərdə yerləşdiriliblər. Qalanları da Bakıda və digər yerlərdə məskunlaşıblar. Ona görə də bu məsələnin artıq təbliğat dövrü bir az arxa planda qalıb. İndi isə Əfqanıstan və Suriyada olan yeni qaçqın kütləsindən söhbət gedir. Çox təəssüf ki, BMT-nin təşəbbüsü ilə onlar üçün də atılan addımlar məqbul sayılmır”.

Deputat hesab edir ki, Ancelina Colinin Azərbaycana gəlməsi ilə heç nə dəyişməyəcək. Yenilik baş verməz. “Çünki biz qaçqınlar məsələsini kifayət qədər dünyaya tanıtmışıq. Xaricdən gələn qonaqlar qaçqınlarımıza baş çəkiblər. Biz daha çox Ermənistanın işğalçı dövlət olması faktını dünyaya tanıtmaq istiqamətində olan addımlarımızı daha da sürətləndirməliyik. Bizim qaçqınlar məsələmiz BMT üçün elə də aktula deyil. Suriya qaçıqınlarının arxasında duran bir dövlət yoxdur. Amma Azərbaycan qaçqınlarının arxasında duran güclü dövlətimiz var”.

Millət vəkili həmçinin qeyd edib ki, dövlət özü Ancelina Colinin Azərbaycan səfərini təşkil etməlidir: “Bu gün Ancelina Coli nə Kosovaya, nə Bosniyaya da səfər etmir. Onlar vaxt məsələsini əsas göstərirlər. Həmin ölkələrdə də bu prosseslər yaşanıb. İndi BMT daha çox dini zəmində qaçqın düşənlər məsələsini diqqət mərkəzində saxlayır. Ona görə də bu gün Ancelina Colini Azərbaycana gətirmək çox çətin məsələdir. Biz ancaq müəyyən qədər vəsait ödəmək yolu İlə Ancelina Colini Azərbaycana dəvət edə bilərik. Bu zamanda qaçqın məsələsini gündəmə gətirə bilərik. Ancelina Colinin Azərbaycan səfəri çox yaxşı olar.

Dövlət müəyyən qədər vəsait ödəmək yolu ilə Ancelina Colini Azərbaycana gətirə bilər. Biz bu yolla da Ermənistan dövlətinin işğalçı olmasını dünyaya tanıda bilərik”. (azvision.az)


Xəbəri paylaş

6758 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___