Zakir Həsənov cəbhədə - Fotolar
Tarix: 10-05-2016 | Saat: 15:04
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub.
"Xəbəraz.az " Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ön xətdə, işğaldan yeni azad edilmiş ərazilərdə düşmənlə üz-üzə səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən Müdafiə naziri müdafiənin dayanıqlığı, mühəndis-istehkam qurğularının hazırlığı və təkmilləşdirilməsi, hərbi qulluqçuların döyüş hazırlığı, mənəvi-psixoloji vəziyyəti və sosial-məişət şəraiti ilə tanış olub.
Müdafiə naziri düşmənlə təmas xəttində yerləşən bölmələrdə qarşı tərəfi müşahidə edib. Ərazidəki əməliyyat şəraiti və müdafiə zolağında görülən işlər barədə məruzə edilib.
Azərbaycan Respublikasının Milli Qəhrəmanı polkovnik-leytenant Şükür Həmidova vaxtından əvvəl növbəti polkovnik hərbi rütbəsi təqdim olunub.
Aprel döyüşlərində fərqlənən hərbi qulluqçularla görüşən Müdafiə naziri onlara qiymətli hədiyyələr təqdim edib və onlarla çay süfrəsi arxasında söhbət aparıb.
Səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyət vətənə, xalqa, dövlətə sədaqətlə xidmət etdiklərini və Ali Baş Komandanın əmri ilə ölkəmizin ərazi bütövlüyünün təmin olunması, işğal edilmiş torpaqlarımızın azad edilməsi uğrunda hər an döyüşə hazır olduqlarını bildiriblər.
Xəbəri paylaş
6528 dəfə oxunub.
Digər xəbərlər

10-05-2018, 14:28
Qidalarımıza həşərat öldürən maddə qatılır? - İddialara RƏSMİ CAVAB
27-09-2015, 18:32
İtlər ilanı gör nə hala saldı VİDEO
27-03-2018, 11:19
Məmmədyarov çempion ola biləcəkmi?
31-08-2019, 18:45
Rusiya prezidenti Putin hazırda həbsdə olan Koçaryanı təbrik edib
14-10-2020, 21:36
Putin və Ərdoğan Dağlıq Qarabağı müzakirə ediblər
4-07-2018, 12:39
Vergilər Nazirliyində ciddi dəyişiklik - Müşavir işdən azad edildi
18-05-2018, 14:21
Yol polisinə müqavimət göstərdiyi yerdə görüntüləri yayılan sürücü həbs edilib - VİDEO