Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bulvarda yeni qatarlar (VİDEO)
Tarix: 17-06-2015 | Saat: 15:22
Bölmə:M / Karusel / İqtisadiyyat / M2 / Foto-fakt / Xəbəraz TV / Fotogalereya | çapa göndər

Bulvarda yeni qatarlar (VİDEO)
Hər zaman gözəlliyi ilə seçilən Dənizkənarı Bulvar ərazisində hələ bundan sonra da yeniliklərin çox olacağı gözləniləndir.
Bulvar ərazisinə yeni qatarlar gətirilib.

ANS TV-nin məlumatına görə, gətirilən yeni gəzinti qatarları artıq sakinlərin istifadəsinə verilib. Qatara 80-nə yaxın insan minərək rahat şəkildə ərazisini gəzə bilər. Qatarlar üçün 14 dayanacaq var. Vaqonların üzərində bu dayanacaqlar şəkilləri ilə əks olunub. Kim hansı dayanacaqda isətəsə düşə bilər. Sərnişinlərin rahatlığı üçün vaqonların hər birində soyutma və isitmə sistemi var. Qiyməti isə əvvəlki qatarlarda olduğu kimi 2 manatdır. 6 yaşa qədər uşaqlar üçün isə pulsuzdur. Bundan başqa da daha bir yeni bir maşın da gətirilib.

Bulvar İdrəsinin rəis müavini Nazim Məcidov deyir ki, yeni minik maşını da fəaliyyətə başlayacaq. Maşın Bulvarın İdman Sarayından Bayraq Meydanınına qədər olan məsafədə hərəkət edəcək.

Oyunlar ərəfəsində Dənizkənarı Milli Park ərazisinə gələn insanların çox olacağını nəzərə alaraq qurum gücləndirilmiş iş rejimində işləyir. Bulvar ərazisinin təlükəsizliyi tam təmin olunur.

Nazim Məcidov onu da bildirdi ki, təhlükəsizlik Bulvarın İdarəsinin Mühafizə xidmətinin əməkdaşları və Daxili İşlər Nazirliyinin pos-potrul xidməti tərəfindən təmin olunur. Bundan əlavə Bulvarın hər bir nöqtəsi kameralar vasitəsilə də nəzarətdə saxlanılır.

Hər zaman gözəlliyi ilə seçilən Dənizkənarı Bulvar ərazisində hələ bundan sonra da yeniliklərin çox olacağı gözləniləndir.


Xəbəri paylaş

5948 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___