Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
1305 müəllimin iş yerini dəyişdirməsi təsdiqləndi
Tarix: 30-06-2019 | Saat: 21:13
Bölmə:M / Karusel / Təhsil | çapa göndər

1305 müəllimin iş yerini dəyişdirməsi təsdiqləndi

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron yerləşdirmənin nəticələrinə əsasən 1305 müəllimin iş yerini dəyişdirməsi təsdiqlənib.
Unikal.org  xəbər verir ki, yerdəyişmə müsabiqəsinin nəticələrinə əsasən uğur qazanan 470 müəllim Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində İnsan Resursları Mərkəzində (ünvan: Mir Cəlal küçəsi 71) zəruri sənədlərini (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin, əmək kitabçasının əsli, əvvəlki iş yerinizdən əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən çıxarış) təqdim etməklə iş yerini dəyişdirməyi təsdiq etməyib. 
Nəticələr namizədlərin şəxsi səhifələrinə göndərilib. Namizədlər öz nəticələri ilə bu keçidə daxil olaraq tanış ola bilərlər. 
Müsabiqədə iştirak etmək üçün 11 913 namizəd elektron qeydiyyatdan keçib, 6462 namizəd elektron ərizəsini təsdiqləyib, 6271 namizədin ərizəsi qəbul edilib. 
 


Xəbəri paylaş

4488 dəfə oxunub.

Digər xəbərlər
15-08-2016, 03:10 Astroloji proqnoz - 15 iyul

bütün xəbərlər
____ Instagram ___