Zakir Həsənov ABŞ generalı ilə görüşdü
Tarix: 17-12-2016 | Saat: 11:27
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan ABŞ-ın Nəqliyyat komandanı general Darren MakDyunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, nazir qonaqları salamlayaraq regiondakı hərbi-siyasi vəziyyət, Ermənistanın işğalçılıq siyasətinin davam etməsi, son zamanlar cəbhə bölgəsində baş verən atəşkəs rejiminin pozulması hallarının artması və bu təxribatların erməni silahlı bölmələri tərəfindən törədilməsi barədə onlara ətraflı məlumat verib.
Bölgədə nüvə təhlükəsizliyinin gücləndirilməsi məsələsinə də toxunan general-polkovnik Z.Həsənov vurğulayıb ki, bu, təkcə region üçün deyil, həm də dünya üçün ciddi bir problemdir.
Azərbaycan ilə ABŞ arasında əməkdaşlığın müxtəlif istiqamətləri üzrə əldə edilmiş müsbət nəticələrdən danışan general-polkovnik Z.Həsənov qarşılıqlı əlaqələrin genişlənməsindən məmnunluğunu ifadə edib.
Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə verdiyi töhfəyə görə minnətdarlığını bildirən ABŞ-ın Nəqliyyat komandanı da ölkələrimiz arasında səmərəli hərbi əməkdaşlığı yüksək qiymətləndirib.
Tərəflər ikitərəfli əməkdaşlığa dair bir sıra digər məsələləri də müzakirə ediblər.
Xəbəri paylaş
5378 dəfə oxunub.
Digər xəbərlər

5-08-2016, 18:29
Allah vergisi buna deyərlər - VİDEO
19-09-2016, 18:37
Dağıstanlı gənc namaz rükətlərini sayan xalça ixtira etdi
28-08-2016, 17:27
Səbəbsiz susuzluq hansı xəstəliklərin simptomu ola bilər
13-01-2016, 12:05
Bakı metrosunda dəhşətli intihar - Yenilənib
7-03-2021, 10:11
Şəhid polkovnik-leytenantın ailəsi bu uçuq daxmada yaşayır… - FOTO
21-04-2016, 15:40
Türkiyə Suriya ilə sərhədə əlavə tanklar yerləşdirib
8-10-2017, 10:10
Şəbnəm Tovuzlu: “Başımı bağlayıb, sənətdən gedəcəm” - VİDEO
30-10-2016, 23:01
15 yaşlı idmançı niyə vəfat etdi? - VİDEO
12-01-2023, 11:20
Sürücü avtobusda qaz balonundan istifadə etdi - Xəttən kənarlaşdırıldı
23-06-2017, 11:01
Zəfəran bağlarını kim yox etdi? - Ən gəlirli sahənin tənəzzülü...