Ziya Məmmədov Həştərxan vilayəti hökumətinin sədri ilə görüş keçirdi – FOTO
Tarix: 27-05-2015 | Saat: 18:25
Bölmə:M / Karusel / Siyasət / M2 | çapa göndər
Nazirlik məlumat yaydı.
Mayın 26-da Nəqliyyat Nazirliyində Rusiya Federasiyası Həştərxan vilayəti hökumətinin sədri, vitse-qubernator Konstantin Markelovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Xeberaz.az xəbər verir ki, nümayəndə heyətini qəbul edən nəqliyyat naziri Ziya Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illər Azərbaycanın inkişafından, əldə edilən nailiyyətlərdən, o cümlədən nəqliyyat-yol kompleksində görülən işlərdən, həyata keçirilən iri regional layihələrdən və beynəlxalq əməkdaşlığın genişləndirilməsindən danışıb.
Nəqliyyatın Azərbaycan iqtisadiyyatında prioritet sahələrdən biri olduğunu deyən nazir bu sahəyə dövlət səviyyəsində xüsusi diqqət yetirildiyini vurğulayıb. Həştərxan vilayəti ilə əlaqələrin genişləndirilməsi perspektivlərindən danışan Z.Məmmədov Azərbaycanın nəqliyyat sektorunun imkanlarını və eyni zamanda bu sahədə iş adamlarının fəaliyyəti üçün yaradılmış əlverişli şəraiti qeyd edərək, əməkdaşlıq üçün potensialı diqqətə çatdırıb.
Həştərxan vilayəti, onun iqtisadiyyat sahəsindəki fəaliyyəti, vilayət ərazisindəki xüsusi iqtisadi zona barədə məlumat verən vilayət hökumətinin sədri Konstantin Markelov öz çıxışında Azərbaycandakı davamlı inkişafı da xüsusi qeyd edib. Markelov ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük imkanların mövcudluğunu vurğulayıb.
Tərəflər bu mövzuda qarşılıqlı fikir mübadiləsi aparıblar,Azərbaycanla Həştərxan vilayəti arasında əlaqələr, o cümlədən nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi, dəmir yolu, su və hava nəqliyyatı sahəsinə dair və yəmçinin digər məsələlər ətrafında müzakirələr aparıblar.
Xəbəri paylaş
6268 dəfə oxunub.
Digər xəbərlər

6-11-2020, 11:48
Sərkisyan: Azərbaycan Ordusu Şuşaya çatıb, siz isə...
5-09-2016, 20:01
Prezident "ASAN xidmət"lə bağlı SƏRƏNCAM verdi
10-12-2019, 15:38
Məşhur aktrisanın atası xəstəxanaya yerləşdirildi
10-11-2015, 16:53
Azərbaycanda yeni sürüşmə təhlükəsi
9-11-2017, 13:35
İstanbul məhkəməsi Lənkəranskinin qardaşı barədə QƏRAR verdi - VİDEO
31-03-2018, 12:16
Bu gün azərbaycanlıların soyqırımından 100 il ötür
1-06-2016, 17:12
Lənkəranda ağır qəza: yaralılar var
30-12-2016, 11:37
Erməni təxribatının qarşısını alan şəhidimizin - Fotosu
19-04-2015, 14:01
Azərbaycanda elektron xidmət növlərinin siyahısı artırıldı
30-03-2020, 12:20
Azərbaycanda orduya çağırış müddəti uzadıldı