Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Lənkəranda ağır qəza: yaralılar var
Tarix: 01-06-2016 | Saat: 17:12
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Lənkəranda ağır qəza: yaralılar var

Lənkəran rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

Report-un məlumatına görə, hadisə rayonun Lüvəsər kəndi ərazisində qeydə alınıb.

Belə ki, Goranboy rayonunun Balakürd kənd sakini, 1977-ci il təvəllüdlü Camali Alış oğlu Alışanov idarə etdiyi "Şaqman" markalı 99-JL-607 dövlət qeydiyyat nömrə nişanlı yük maşını ilə hərəkətdə olan zaman, Lənkəran rayonunun Şağlakücə kənd sakini, 1973-cü il təvəllüdlü Pəhləvan Xanrza oğlu Rzayevin idarə etdiyi "VAZ-2106" markalı minik maşını ilə toqquşub.

Nəticədə minik maşınının sürücüsü və onun sərnişinləri - Lənkəran rayonunun Lüvəsər kənd sakinləri 16 yaşlı Məleykə Rafəddin qızı Talehzadə və 15 yaşlı Ulduz Teymur qızı Əliyeva müxtəlif dərəcəli bədən xasarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

Xəstəxanadan bildirilib ki, hər üç yaralanın vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində (ŞRPŞ) araşdırmalara başlanılıb.


Xəbəri paylaş

6088 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___