Plan 1: “Məğlubedilməzlik” – Plan 2: ərazilərin qaytarılmasına hazırlıq
Tarix: 27-09-2016 | Saat: 18:05
Bölmə:M / Karusel / Siyasət | çapa göndər
“Ermənistanda “İsgəndər-M” raket-kompleksinin nümayişi şou idi”.
"Xəbəraz.az " xəbər verir ki, bu barədə erməni politoloq Ayk Martirosyan deyib.
Onun sözlərinə görə, “İsgəndər-M”-in nümayişi heç nəyi dəyişdirmir: “Ermənistan bir gecədə İsveçrə, yaxud Avstriya olmadı. Digər tərəfdən, bu raket-kompleksinin həqiqətən Ermənistana məxsus olduğu, yoxsa Rusiyanın bazasına aid olduğu müzakirə mövzusudur. Bütün hallarda “İsgəndər-M” xüsusi hal deyil. Bu atom bombası deyil ki, bütün bölgəni məhv etsin, yaxud belə bir qorxu yaratsın. Deyək ki, “İsgəndər-M” Ermənistanda var, lakin bu nə qədər güclü olsa da, erməni ordusunun Azərbaycana qarşı nəsə edəcəyini düşünmək çətindir”.
Politoloq Ermənistanın özünü aldatmamasını məsləhət görüb.
“Biz özümüzü aldatmamalıyıq. Əgər bizim atom bombamız olsaydı, o zaman nəsə danışa bilərdik. İndiki halda isə “İsgəndər-M”-in Azərbaycanı qorxutduğunu düşünmək sadəlövhlük olardı. Əminəm ki, Bakı artıq bu silaha qarşı ciddi hazırlıq aparıb. Bu baxımdan, “İsgəndər” onlar üçün baryer deyil”, - deyə o bildirib.
A. Martirosyan bu etirafı fonunda digər erməni ekspert Stepan Qriqoryanın dedikləri diqqət çəkir.
S. Qriqoryan hesab edir ki, Ermənistan “əzələ nümayişi” göstərsə də, arxa planda Qarabağ münaqişəsinin nizamlanması istiqamətində iş aparılır.
“Bunu anlamaq üçün erməni liderlərin dəyişən mövqelərinə baxmaq lazımdır. Son aylar ərzində rəsmi İrəvanın Qarabağ məsələsində siyasəti aydınlaşdı. Əgər əvvəl hakimiyyət etibar atmosferini yaratmağın lazım olduğunu deyirdisə, indi bildirirlər ki, dünya güzəştlərə getməyi məcbur edir və Ermənistan bu güzəştlərə hazırdır”.
Onun sözlərinə görə, erməni rəhbərliyinin müxtəlif tribunalardan etdikləri çıxışlar da İrəvanın güzəştləri salamladığının sübutudur.
“Lakin güzəştlərdən söhbət gedirsə, bu heç də bizim rəhbərliyimizin dediyi kimi, Azərbaycanın da güzəşt edəcəyi demək deyil. Çünki rəsmi Bakı güzəştləri Ermənistan tərəfinin etməsini tələb edir, eyni mövqeyi Rusiya da paylaşır”, - deyə o vurğulayıb.
Erməni ekspertlərin sözləri İrəvanın müharibə rirotikasına rəğmən, ortada erməni rəhbərliyinin də iştirak etdiyi ikili planın olması ehtimalını artır.
Plan 1: erməni ictimaiyyəti “güclü ordu”, “güclü silah”la sakitləşdirilir. Həm də silahın Moskvadan alınması fikri qabardılaraq, anti-Rusiya əhval-ruhiyyəsi yumlaşdılır.
Plan 2: Ermənistan ərazilərin qaytarılmasına məcbur edilir. Lakin prosesin kənar müdaxilələrdən zərər görməməsi üçün bu iş gizli aparılır.
Xəbəri paylaş
7898 dəfə oxunub.
Digər xəbərlər

25-06-2015, 13:49
Orta məktəb direktoru haqqında polisə şikayət var
2-09-2020, 17:07
Şok: Mehdiyevə görə radikal müxalifət hərəkətə keçdi - Video
15-01-2017, 11:34
Bakıda güclü yanğın: ölən var
20-11-2018, 20:44
Nazir: 38 min vətəndaşın pensiyası 48 faiz artacaq
26-12-2015, 14:39
Bu cür dodaq sahiblərindən tez uzaqlaşın...
23-04-2016, 11:47
Rəqqasə Rəna oğlunun ad gününü təbrik etdi
16-05-2022, 10:29
Azərbaycanda benzinin qiyməti qalxacaq? - SOCAR-dan AÇIQLAMA
12-01-2016, 19:09
Aktrisadan qeyri-adi fotosessiya - cakuzidə çaxırla...
28-04-2017, 16:49
Aqil Acalov: Avropanın Türkiyənin daxili işlərinə qarışmağa haqq və hüququ çatmır.
14-04-2017, 12:49
Yas mərasiminə gedən azərbaycanlı şairə oğlunun ölüm xəbərini aldı - İNTİHAR - YENİLƏNİB - FOTO