Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Nazir: 38 min vətəndaşın pensiyası 48 faiz artacaq
Tarix: 20-11-2018 | Saat: 20:44
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

 
Azərbaycan vətəndaşının mənasız süründürülməsinin qarşısı alacaq.
Bunu Dayanıqlı və Operativ Sosial Təminat ( DOST) Agentliyinin konsepsiyası, “e-sosial” internet portalı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni loqo və internet səhifəsinin təqdimat mərasimində çıxışı zamanı nazir Sahil Babayev deyib.
Onun sözlərinə görə, pensiyaların avtomatlaşdırılması ilə bağlı qanun layihəsi Milli Məclisə təqdim edilib:
“Qanun ilk oxunuşa verilib. Bu, böyük təşəbbüsdür. Prezident İlham Əliyevin vətəndaşlara xidmət üçün atdığı bir addımdır. Bu sistem 15 dekabrdan başlayaraq test rejimində fəaliyyət göstərəcək. Pensiya yaşına çatmış hər bir vətəndaş ad günündə SMS vasitəsilə məlumatlandırılacaq. Bunun həyata keçirilməsi üçün böyük addım atılmalı idi”.
Nazir bildirib ki, 2019-2020-ci ildən pensiyaya çıxan şəxslərlə bağlı 2006-cı ildən əvvəlki dövr üzrə hər kəsə 25 il staj təqdim olunmasına dair qərar verilib:
“Onların pensiyası 35 faiz artacaq. 38 min vətəndaşın pensiyası 48 faiz artacaq. Azərbaycan vətəndaşının süründürülməsinin qarşısı alınacaq. Bu, böyük bir sosial addımdır. Qanun layihəsinin xərcini Azərbaycan dövləti öz üzərinə götürüb”.


Xəbəri paylaş

4758 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___