Ukraynanın MOK prezidenti İlham Əliyevi təbrik etdi
Tarix: 08-06-2016 | Saat: 19:41
Bölmə:M / Karusel / Təbriklər | çapa göndər
Ukrayna Milli Olimpiya Komitəsinin prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Şurasının üzvü, Olimpiya çempionu Sergey Bubka Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təbrik məktubu göndərib.
"Xəbəraz.az "xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
"Zati-aliləri, hörmətli cənab Prezident.
Xahiş edirəm, milli bayramınız – Respublika Günü münasibətilə Ukrayna Milli Olimpiya Komitəsi, Ukrayna Olimpiya ailəsi adından və şəxsən öz adımdan səmimi təbriklərimi qəbul edin.
Azərbaycan qədim tarixi, zəngin mədəni irsi, gözəl idman ənənələri və nailiyyətləri olan ölkədir. Azərbaycanın dünyanın qabaqcıl idman ölkələri ilə bir araya gəlmək cəhdləri yüksək qiymətləndirilir. Müasir idman infrastrukturunun yaradılması, beynəlxalq yarışlarda qazanılan uğurlar, “Bakı-2015” birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkili Azərbaycan atletlərini yeni rekordlar qazanmağa, gənc nəsli idmana və sağlam həyat tərzinə ruhlandırır. Əminəm ki, ölkələrimiz arasında dostluq əlaqələri bundan sonra da Beynəlxalq Olimpiya Hərəkatının təbliğinə və Olimpiya ideallarının daha geniş yayılmasına xidmət edəcək.
Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək, bir daha Sizə cansağlığı, Azərbaycan xalqına davamlı sülh, xoşbəxtlik və tərəqqi diləyirəm", - təbrikdə qeyd edilir.
Xəbəri paylaş
6188 dəfə oxunub.
Digər xəbərlər

3-10-2016, 13:39
Regionlarda QHT nümayəndələri üçün təlimlər davam edir
2-04-2015, 11:57
Erməni əsgərini döyənlər üzə çıxdı.
1-09-2016, 20:08
Bakı bulvarında DƏHŞƏTLİ gün: biri öldü, digəri xilas edildi
1-04-2019, 21:12
Hakim həbs edildi - rüşvət aldığına GÖRƏ...
25-05-2016, 20:41
“The Business Year”nin təqdimatı keçirilir - Foto
23-05-2018, 15:12
DİQQƏT! Bu meyvələrdən uzaq durun
12-10-2018, 13:11
Prezident tapşırıq verdi: Məmurların vətəndaş qəbulunda yenilik
29-09-2015, 12:26
Xidmətini beş gündən sonra başa vuracaqdı - ŞƏHİDİN DƏFNİNDƏN REPORTAJ
4-02-2016, 10:58
Cəbhədə döyüş gedir: Düşmən itki verdi