Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakı bulvarında DƏHŞƏTLİ gün: biri öldü, digəri xilas edildi
Tarix: 01-09-2016 | Saat: 20:08
Bölmə:Karusel / Hadisə | çapa göndər

Bakı bulvarında DƏHŞƏTLİ gün: biri öldü, digəri xilas edildi

Bu gün Bakı bulvarında özünü dənizə ataraq intihar edən şəxsin kimliyi müəyyənləşib. "Xəbəraz.az "-ın əldə etdiyi məlumata görə, Dənizkənarı Milli Parkın yeni salınmış hissəsində “Energy Club”un arxasında özünü dənizə ataraq intihar edən şəxsin Kələntərov Müşfiq Vaqif olması müəyyən edilib. Onun 40-45 yaşında olduğu bildirilir.

Hadisədən sonra M.Kələntərovun meyiti sudan çıxarılıb. Bu zaman onun cibindən borc müqaviləsi tapılıb. Müqavilədən məlum olub ki, M.Kələntərovun 15 min manat borcu varmış.

Bu gün saat 11:30 radələrində Dənizkənarı Milli Bulvar ərazisində (Yaxt klubun yaxınlığı) özünü dənizə atan qadının kimliyi də müəyyənləşdirilib. "Xəbəraz.az "-ın məlumatına görə, özünü dənizə ataraq həyatına son qoymaq istəyən şəxsin 1973-cü ildə Naxçıvan Respublikasının Ordubad rayonunda anadan olmuş, Binəqədi rayonunda yaşayan Cəfərova Şahnaz Əkrəm qızı olması məlum olub. Onun psixi durumunda problem olduğu bildirilir.




****


17:13


Bu gün Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Dənizkənarı Milli Park ərazisində 1 nəfərin intihar məqsədi ilə özünü dənizə atması barədə məlumat daxil olub. "Xəbəraz.az " nazirliyin saytına istinadən xəbər verir ki, dərhal Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub və şəxsiyyəti məlum olmayan vətəndaşın cəsədini sudan çıxararaq aidiyyəti üzrə təhvil verib. Əməliyyat saat 14:25-də başa çatıb.


Xəbəri paylaş

7498 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___